Jansaya
Nuraliyeva: Azərbaycan
və Qazaxıstan qardaş ölkələrdir
Qazaxıstanla Azərbaycan
arasında münasibətlər
dərin tarixi köklərə malikdir və hazırda əməkdaşlığın geniş spektrini əhatə edən strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Eyni zamanda, Astana Bakı ilə əlaqələri
yüksək qiymətləndirir,
daim iki xalqın xüsusi yaxınlığını vurğulayır.
İki qardaş
ölkə arasında
əlaqələri şərh
edən Qazaxıstan İctimai Siyasət İnstitutunun eksperti Jansaya Nuraliyeva fikirlərini AZƏRTAC-ın
müxbiri ilə bölüşüb. O əlavə
edib: “Azərbaycan və Qazaxıstan sıx mədəni, humanitar və iqtisadi əlaqələrə
malik türkdilli ölkələrdir və
bu münasibətləri
daha da inkişaf
etdirmək niyyətindədirlər”.
Ekspert iki dövlətin xüsusi yaxın münasibətlərini
vurğulayaraq qeyd edib ki, Azərbaycan
və Qazaxıstan qardaş ölkələrdir.
Ekspert iki ölkə arasında çoxtərəfli əməkdaşlıq
mövzusuna da toxunub. Nuraliyevanın sözlərinə görə,
Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı turizm,
ticarət əlaqələri
fəal şəkildə
inkişaf etdirilir və əməkdaşlığa
dair yeni müqavilələr imzalanır.
Nuraliyeva Şanxay
Əməkdaşlıq Təşkilatı
(ŞƏT) çərçivəsində
əməkdaşlığa xüsusi diqqət yetirib. O deyib: “ŞƏT çərçivəsində əməkdaşlıq ikitərəfli
münasibətlərimizin əsas
istiqamətlərindən biridir”.
Nuraliyeva, həmçinin
Azərbaycan Prezidenti İlham Əliyevin
“ŞƏT Plyus” formatında
Zirvə toplantısında
iştirak etmək üçün iyulun 3-də
Astanaya səfərini
xatırladıb və
qeyd edib ki, burada Qazaxıstan
Prezidenti Kasım-Jomart
Tokayev ilə keçirilən görüşdə
əməkdaşlığın bütün sahələrdə
inkişafı məsələləri
müzakirə olunub.
Azərbaycan.-2024.-
12 iyul (¹ 144).- S.8.