Türkiyə mediası: " Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülhə doğru tarixi addımdır"

 

Türkiyənin aparıcı elektron və çap mediası, eləcə də telekanalları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü barədə ictimaiyyətə ətraflı məlumat veriblər.

"Azərbaycan" qəzeti xəbər verir ki, qardaş ölkənin media strukturları NATO sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında aparılan danışıqların sülh gündəliyinə diqqət yetiriblər.

Xəbərlərdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyişlərə diqqət yetirilən xarici işlər nazirlərinin görüşünün yekunlarına dair Bəyanatdan sitatlar da yer alıb.

Türkiyə mediası Vaşinqtonda aparılan danışıqları Cənubi Qafqazda “sülhə doğru tarixi addım” adlandırıb.

Materiallarda ABŞ dövlət katibinin regionda sülhün bərqərar olması perspektivləri ilə bağlı mövqeyi də təqdim edilib.

 

Azərbaycan.-2024.- 12 iyul (№ 144).- S.9.