Vaşinqton görüşü müsbət ovqat yaratdı

 

 

ABŞ Azərbaycan Ermənistan arasındakı sülh danışıqlarını təqdir etdi

 

 

 

"Dünyanın ən böyük hərbi-siyasi təşkilatı olan NATO-nun yaranmasının 75 illik yubileyi çərçivəsində keçirilən Zirvə görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak etdilər. Tədbir ərəfəsində ABŞ-nin dövlət katibi Entoni Blinkenin təşəbbüsü iştirakı ilə Azərbaycan Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutdu".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, əvvəla, sülh müqaviləsinin imzalanması strateji hədəfdir belə görüşlər həmin sazişin imzalanması imkanlarını artırır ölkələri sülhə daha da yaxınlaşdırır. E.Blinken yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirib Birləşmiş Ştatların Cənubi Qafqazda dayanıqlı uzunmüddətli sülhün formalaşmasında maraqlı olduğunu ifadə edib. İstənilən halda ABŞ-nin bu təşəbbüsü müsbət hadisədir. "Eyni zamanda biz onun da fərqindəyik ki, unikal variant ikitərəfli formatda aparılan danışıqlardır, yəni vasitəçilər olmadan keçirilən görüşlərdir. Yeri gəlmişkən, Entoni Blinken vasitəçi deyildi, o, sadəcə, təşəbbüs ilə çıxış etdi iştirakçı oldu. Bu baxımdan belə təmaslar nəticə etibarilə müsbət ovqat formalaşdırır", - deyə deputat bildirib. Xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün baza prinsiplərini irəli sürdüyünü bir daha bəyan edib.

E.Nəsirov isə hesab edir ki, ölkəmiz həmçinin sülh müqaviləsi layihəsinin müəllifidir. Artıq 10 dəfə təkliflər mübadiləsi olub. Prinsip etibarilə müqavilənin imzalanması üçün fundamental məsələlərdə tam razılıq əldə edilib. Ancaq sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəb Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Deputat vurğulayıb ki, eyni zamanda qardaş Türkiyəyə qarşı da belə iddialar mövcuddur: "Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından imtina etməsə, sülh müqaviləsi imzalana bilməz. Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması isə Ermənistan Konstitusiyasında düzəliş edilməklə baş verə bilər. Yəni bu məsələ referendumla həllini tapa bilər. Erməni xalqı öz siyasi iradəsini ortaya qoymalıdır bu məsələ hüquqi baxımdan - konstitusiyaya düzəlişlə həll edilməlidir. Belə olan vəziyyətdə yeni imkanlar pəncərəsi açılır sülh müqaviləsinin imzalanması üçün münbit bir şərait formalaşır. Bir sıra məsələlərdə müəyyən fikir ayrılıqlarının qalması mümkündür. Ona görə əsas prinsiplərlə bağlı bir çərçivə sənədi imzalana bilər. Çərçivə sənədinə istinad edərək isə danışıqlar prosesi davam etdirilər hələ ortaq məxrəcə gəlinməyən məsələlər tədricən həllini tapar".

E.Nəsirov bildirib ki, Azərbaycanın mövqeyi budur biz bölgəmizə sülh, əmin- amanlıq gəlməsini istəyirik. Biz fərqindəyik ki, əbədi qonşularıq ona görə məsələlərin sülh yolu ilə tənzimlənməsi yeganə çıxış yoludur. Bunun üçün Ermənistan qeyd olunan istiqamətdə konkret addımlar atmalıdır. Vaşinqton danışıqlarında Azərbaycanın xarici işlər naziri bu mövqeyi həm Ermənistanın xarici işlər naziri, həm Amerika Birləşmiş Ştatlarının dövlət katibinin diqqətinə bir daha çatdırdı.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 12 iyul (№ 144).- S.9.