Bakıda I Milli Rəqabət
Forumu keçirilib
İyulun 11-də İqtisadiyyat
Nazirliyinin təşəbbüsü
ilə Bakıda I
Milli Rəqabət Forumu
keçirilib.
AZƏRTAC xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin rəisi
Məmməd Abbasbəyli Milli Rəqabət Forumunun məqsədinin bu il və növbəti illərdə günün
ən mühüm yerli və qlobal
çağırışlarının və səmimi dialoq platformasının yaradılmasından ibarət
olduğunu deyib. Bildirib ki, iqtisadiyyat baxımından rəqabət
orqanının əsas
məqsədlərindən biri qəbul olunmuş rəqabət qanunvericiliyinin tam mənimsənilməsidir.
Rəqabətin əsas
daşıyıcı qüvvəsi
onun verəcəyi nəticədir ki, bu da dayanıqlı inkişafın
təmin olunması ilə əlaqədardır.
Forum ölkə daxilində
geniş auditoriya ilə aktual problemləri müzakirə
etmək üçün
unikal imkan yaradır. Gələcəkdə
bu forum ölkəmizdə
rəqabət siyasətinin
inkişafı, iqtisadiyyatın
rəqabət qabiliyyətinin
artırılması və
təbii ki, davamlı
iqtisadi inkişaf məsələlərinin müzakirəsi
platformasına çevriləcək.
“Keçən il satınalma
prosesinin şəffaflaşdırılması
və təkmilləşdirilməsi
nəticəsində ölkəmiz
742 milyon manat dövlət
vəsaitinə qənaət
edib. Ümid edirəm ki, cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması
nəticəsində bu
məbləğ daha
da artacaq", - deyə
M.Abbasbəyli qeyd edib.
İqtisadiyyat nazirinin
müavini Anar Axundov diqqətə
çatdırıb ki, Rəqabət
Məcəlləsinin tətbiqi
müxtəlif sektor və bazarlarda səmərəli tənzimləmələrin
aparılması imkanlarını
genişləndirəcək. Nəticədə sahibkarlar
üçün həmin
bazarlarda əlverişli
işgüzar mühit
formalaşacaq. Rəqabətin
təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin
artmasından irəli
gələn yeni sərmayə
qoyuluşları son nəticədə
yeni istehsal müəssisələrinin
yaradılması, iş
yerlərinin açılması
və əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsinə əhəmiyyətli
töhfə verəcək.
"Rəqabət Məcəlləsi
kiçik və orta biznes subyektlərinin
inkişafının təmin
edilməsi, onların
bazara girişinin asanlaşdırılması üçün
geniş tənzimləmə
mexanizmlərini əhatə
edir. Yeni rəqabət
siyasətinin dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləməsi
azad edilmiş ərazilərimizin dirçəldilməsinə
də əlavə imkanlar açacaq, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi
yüksələcək, innovasiya
fəaliyyətinin, özəl
sektorda rəqəmsallaşmanın
tətbiqi genişlənəcək.
Bu il iyulun 1-nə ölkədə
aktiv vergi ödəyicilərinin sayı
artaraq 778 min ödəyici
təşkil edib. Azərbaycanda sahibkarlığın
rolu gündən-günə
genişlənir və
özəl sektor iqtisadiyyatın aparıcı
qüvvəsinə çevrilib.
Hazırda ölkə
üzrə sahibkarlıq
subyektlərinin mütləq
əksəriyyəti kiçik
və orta sahibkarlıq subyektləridir
və onların əlavə dəyərin
yaradılmasında, ixrac,
məşğulluq və
investisiyalarda payı artır", - deyə A.Axundov bildirib.
Azərbaycan Respublikasının
Ali Məhkəməsi sədrinin
müavini Çingiz Əsgərov deyib ki, Azərbaycanda Rəqabət
Məcəlləsinin tətbiqi
ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata
keçiriləcək. Bununla
bağlı inzibati məhkəmələrdə maarifləndirmə
işləri aparılacaq:
"İnzibati məhkəmələrdə
kifayət qədər
peşəkar hakimlər
fəaliyyət göstərir.
Əminəm ki, Rəqabət Məcəlləsinin tətbiqi
ilə bağlı problemlər olmayacaq, sənəd uğurla
tətbiq ediləcək".
Tədbirdə
çıxış edən digər natiqlər forumda səsləndirilən
məsələlərlə bağlı fikirlərini
bölüşüblər.
Forum “Rəqabət
siyasətinin iqtisadiyyata təsiri” və “Məhkəmə-hüquq
sisteminin rəqabət siyasətinin icrasında rolu”
mövzularında panel iclaslarla davam edib.
Azərbaycan.-
2024.- 12 iyul (¹ 144).- S.9.