Qərbi Azərbaycan İcması: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq

 

 

Dini radikalizm Azərbaycanofob mövqeyə malikBeynəlxalq Xristian Həmrəyliyiadlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək, növbəti anti-Azərbaycan tədbir keçirib. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib.

Bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir: “Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma, həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”.

 

Azərbaycan.-2024.- 12 iyul (№ 144).- S.9.