Zəfərə dönüş anı

 

 

Tovuz döyüşləri Vətən müharibəsində qazanılan böyük qələbənin başlanğıc məqamıdır

 

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş oldu.

Lakin bu qələbələrin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt Tovuz döyüşlərini unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşib haqq savaşına qalxdı. Qüdrətli  Sərkərdənin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, 200 illik erməni xülyasını məhv etdi.

 

 

Generalı, polkovniki əsgəri ilə çiyin-çiyinə döyüşən ordu

 

 

 

Bu qələbələrin ilk halqası 2016-cı ildəki Aprel zəfəri idi. Aprel döyüşlərindən sonra Böyük qayıdışa Cocuq Mərcanlıdan başladıq. 2018-ci ildə isə Günnüt zəfəri Ermənistana növbəti dərs oldu. Amma düşmən bundan yenə nəticə çıxarmadı. 2020-ci ilin iyul ayında yenidən çirkin əməllərini işə salıb cəbhənin Tovuz istiqamətində növbəti təxribata əl atdı. Belə ki, iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqeləri artilleriya qurğularından atəşə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi əks-həmlə tədbirləri nəticəsində düşmən təxribatının qarşısı yenə alındı. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi. İyulun 13-nə keçən gecə ərzində gərginlik davam etdi. Artilleriya, minaatan tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində qarşı tərəfin dayaq məntəqəsi, raket qurğuları, avtomobil texnikası canlı qüvvəsi məhv edildi. Bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov qətlə yetirildi.

Bu savaş düşmənə bir neçə həqiqəti göstərdi. Düşmən ilk növbədə onu gördü ki, Azərbaycanın generalı, yüksəkrütbəli zabitləri səngərdə, hücumda əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər.

Düşmən şahid oldu ki, İlham Əliyevin yaratdığı vətənpərvərlik məktəbinin hər bir igidi döyüş meydanında mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilir. Onlar bu zirvəyə ucalmaqla gələcək nəsillər üçün nağıllar, dastanlar yox, əsl real qəhrəmanlıq nümunəsi yaradırlar bu, yetişməkdə olan gəncliyi qələbələrə, zəfərlərə ruhlandırır. Bu qələbə ilə Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan silahlı bölmələri onun qarşısında aciz cılızdır. Erməni xalqı isə bir daha əmin oldu ki, əgər Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat keçirsə, bir nəçə günə üçrəngli bayrağımız İrəvanda dalğalana bilər. Cəmi 44 günə Şuşaya sancıldığı kimi...

 

 

 

Ermənistanı qorxuya salan mübarizlik

 

 

 

Ümumiyyətlə, Tovuz döyüşlərində düşmənin məqsədi bəlli idi. Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronavirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün baş nazir Nikol Paşinyan təxribat törədərək Azərbaycan timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən yayındırmağa yönəltmək istəyirdi. Amma Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.

Ordumuzun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in sabiq Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar, tamam başqa reallıqlarla üzləşəcəklər.

Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində İlham Əliyevin yürütdüyü siyasəti Azərbaycan xalqı qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar özlərini Vətənin sadiq əsgəri hesab edir düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdırlar.

Bu döyüşlərdən sonra Ermənistana heç bir dövlət, təşkilat dəstək vermədi. Bu isə işğalçı ölkənin siyasətinin ifşası, erməni yalanlarının iflasa uğraması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Heç Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Ermənilər güman edirdilər ki, bu hadisədən sonra bu təşkilata üzv dövlətlər dərhal toplaşacaq baş vermiş hadisəni qiymətləndirəcəklər. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT- müraciət edərək təşkilatın iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindi KTMT-nin heç bir iclası keçirilmədi. Bu hadisə pərt vəziyyətə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan belə əsassız iddiaları olduğu üçün üzvü olduğu təşkilatlarda ciddi qəbul olunmur.

Bu proseslərdən sonra Ermənistan qorxuya düşdü. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.

 

 

 

"Dəmir yumruq" əməliyyatı, Zəfərə aparan yol

 

 

 

Tovuz döyüşlərindən dörd il ötür. İllər keçsə , bu döyüş hər zaman xatırlanacaq bu savaşın Vətən müharibəsinin başlanması üçün bir qığılcım olduğu vurğulanacaq.

Çünki Tovuz dövüşlərində şəhid olan generalımız Polad Həşimovun nəşi Bakıya gətirildiyi zaman böyük izdiham yaşandı, xalq ayağa qalxdı. Gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışdı. "Qarabağa azadlıq!" şüarları səsləndirən əsasən gənclərdən ibarət böyük bir izdiham Şəhidlər xiyabanına yürüş etdi. Gənclər Azərbaycan Ordusunun Ali Baş Komandanının yanında olduqlarını, onu dəstəklədiklərini bəyan edərək şəhidlərin qısasının alınması, torpaqlarımızın azadlığı uğrunda savaş istədilər.

İlham Əliyevin çağırışına səs verən yüz minlərlə gənc Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü şəkildə döyüşlərdə iştirak etmək arzularını da bildiriblər.

Beləliklə Tovuz hadisələri xalq Prezident, xalq ordu birliyini daha da möhkəmləndirdi.

Tovuz döyüşlərindən 2 ay sonra başlanan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda layiqincə yerinə yetirməyə qadirdir. 30 ilə yaxın müddətdə torpaqlarımızda müdafiə istehkamları quran erməni quldurlarını qovmaq üçün cəmi 44 gün yetərli oldu. 2020-ci ilin sentyabrın 27-də başlayıb 8 Noyabr Zəfər bayramı ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri böyük qələbəyə aparan yol oldu. Azərbaycan bu döyüşlərlə nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.

İlham Əliyev həm sərkərdə kimi savaş meydanında, həm diplomat kimi siyasi arenada düşməni onun havadarlarını qətiyyətli qərarları ilə hər mənada susdurdu. "Qarabağ Ermənistandır" deyən Paşinyanı qarşısında diz çökdürüb "Qarabağ Azərbaycandır!" dedirtdi kapitulyasiya akrtına qol çəkdirdi. Sonra isə diplomatik məharəti ilə Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atmadan düşməndən geri aldı.

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. İlham Əliyevin postmüharibə dövrünün reallıqları əsasında hazırladığı inkişaf strategiyasının icrasına start verildi. Qarabağı "dəmir yumruq" əməliyyatı ilə azad edən Azərbaycan Prezidenti dəmir iradə ilə onu yenidən qurmağa başladı.

İlham Əliyev humanizm prinsiplərini əsas tutub yenə ermənilərə Qarabağ Şərqi Zəngəzurda birgəyaşayış təklif etdi. Amma Qarabağda mövcud olan qondarma qurum onun silahlı bölmələri təxribatlarından əl çəkmədilər. 2023-cü il aprel ayının 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan ərazi bütövlüyünün təmin olunduğunu dünyaya bəyan etdi. Bu dəfə xristian təəssübkeşliyi Ermənistana yardım etməyə çalışdı. Onlar Azərbaycanı etnik təmizləmədə günahlandırmaq istəsələr , arzularına çata bilmədilər.    

2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Separatçı qurum ləğv edildi. Bu Zəfərlə Azərbaycan suverenliyini tam təmin etdi.

Bu gün Şuşada, Xankəndidə bütün sərhədlərimiz boyu Azərbaycan bayrağının dalğalanması onu deməyə əsas verir ki, Tovuz döyüşləri tarixi Zəfərə dönüş anı, böyük qələbəmizin başlanğıc məqamıdır.

  

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 12 iyul (¹ 144).- S.10.