Vətən müharibəsinə gedən
yol
Tovuz döyüşləri hərb
tariximizin şanlı
səhifələrindən biridir
Bu gün erməni təxribatlarının
son həddə çatdığı və
Azərbaycanı 44 günlük
Vətən müharibəsinə
aparan yolun başlanğıcı olan
Tovuz döyüşlərindən
dörd il ötür.
İkinci Qarabağ
müharibəsindən öncə
demək olar hər gün Azərbaycanla sərhəddə
təxribatlara əl atan düşmən "yeni müharibə - yeni ərazilər" iddiasını səsləndirərək
işğal etdiyi torpaqların miqyasını
böyütməyi hədəfləyirdi.
Amma unudurdu ki, Azərbaycan artıq 1990-cı illərin
Azərbaycanı deyil.
Ötən illər
ərzində ordusu təkmilləşdirilmiş, müasir
hərbi silah-sursat, texnikalarla təchiz edilmiş, yüksəkixtisaslı
kadrlara yiyələnmiş,
müxtəlif döyüş
taktikalarına bələd
olmuş, hər şeydən öncə isə Vətən uğrunda canından keçməyə hazır
igidləri olan Silahlı Qüvvələrə
malik güclü və qüdrətli Azərbaycandır.
12 iyuldan başlayan
Ermənistan təxribatlarına
Azərbaycan tərəfindən
adekvat cavablar verilirdi. Bununla belə düşmən təxribatları davam edir, gərginlik qalmaqda idi. Tovuz
döyüşlərində Azərbaycan tərəfindən
12 müxtəlif rütbəli
həbçilərimizin şəhid
olması xalqımızı
daha çox hiddətləndirməklə artıq
işğal faktına
son qoymağın vaxtının çatdığını
göstərirdi.
Beləliklə, Tovuz
döyüşlərindən başlayan təxribatlar İkinci Qarabağ müharibəsinə rəvac
verdi. Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə başlayan Vətən müharibəsi
44 gün ərzində
Azərbaycanın möhtəşəm
Zəfəri ilə yekunlaşdı.
Hərbi ekspert
Ədalət Verdiyev
"Azərbaycan" qəzetinə
açıqlamasında xatırlatdı
ki, Ermənistan Silahlı Qüvvələrinin
2020-ci ilin iyulun 12-də
Tovuz istiqamətində
yerləşən mövqelərimizi
artilleriya qurğularından
atəşə tutması
ilə Tovuz döyüşləri başlayıb.
Ermənistanın sərhəd
xəttində yol verdiyi növbəti təxribatlar lokal döyüşlərlə nəticələnib:
"Bu döyüşlər
sonradan 44 günlük
Vətən müharibəsinin
başlanmasına aparan
əsas səbəblərdən
biri oldu. Qarabağın Ermənistan
olduğunu elan edən Nikol Paşinyan və Azərbaycanı "yeni müharibə - yeni ərazilər" şüarı
ilə hədələyən
Ermənistanın müdafiə
naziri David Tonayan bu döyüşlərdən
sonra tam əmin oldular ki, Azərbaycanla Ermənistan arasında güc balansında kifayət qədər böyük fərq var. Bu fərqi
aradan qaldırmaq üçün isə diqqəti Qarabağdan daha çox dövlət sərhədi
istiqamətinə yönəltməyə
və bununla da münaqişəyə
əlavə qüvvələri,
xüsusilə Rusiyanı
və onun simasında Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatını cəlb
etməklə prosesi öz xeyirlərinə həll etməyə, status-kvonu qoruyub saxlamağa çalışdılar.
Amma buna nail ola bilmədilər".
Ekspert vurğulayıb
ki, Ermənistanın təxribatları Azərbaycan
ictimaiyyətində də
böyük narazılıqlar
yaratdı. Çünki
sərhəd bölgəsində
məskunlaşan mülki
əhalinin atəşə
tutulması ilə bərabər, döyüş
meydanından çox
kənarda yerləşən
kəndlərimizin əhalisi
də düşmən
artilleriya qurğularından
atəşə məruz
qalırdı. Bu döyüşlərdə Ermənistana
kifayət qədər
adekvat cavab verildi, düşmənin çox sayda qüvvəsi, ehtiyatları,
texnikaları, döyüş
vasitələri, komanda
məntəqələri məhv
edildi. Azərbaycana qarşı təxribat törədən düşmən
mövqeyi darmadağın
olundu.
Ə.Verdiyev qeyd
edib ki, Tovuz döyüşlərində
Azərbaycan Ordusu ilk dəfə olaraq generalını şəhid
verib. "General-mayor Polad Həşimovun şəhid olması Azərbaycan tərəfində
düşmənə qarşı
növbəti etirazlarla
müşahidə olundu
və nəticədə
bu döyüşlərdən
sonra ara-sıra davam edən təxribatlar Vətən müharibəsi ilə nəticələndi. İkinci
Qarabağ müharibəsi
isə Ermənistanın
bütün düşüncələrini
alt-üst etdi. Onlar Azərbaycan Ordusunun gücünü gördülər və Ermənistan ordusunun hərbi potensialı tamamilə darmadağın
olundu", - deyə ekspert əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
12 iyul (№ 144).- S.10.