Azərbaycan-Özbəkistan
iqtisadi əməkdaşlığı
daha da genişlənəcək
Hökumətlərarası
Komissiya bunun üçün böyük
perspektivlər olduğunu
qeyd edib
Mübaliğəsiz demək olar ki, Azərbaycan-Özbəkistan
iqtisadi əlaqələri
intensiv inkişaf edir. Bunu iqtisadi
münasibətlərdə əsas istiqamətlərdən
ticarət əməkdaşlığına
aid rəqəmlər
də təsdiqləyir.
Belə ki, ötən il Özbəkistanla ticarət
dövriyyəsinin həcmi
180 milyon dollara yaxın olub. Bu ilin ilk
beş ayında isə həmin göstərici təqribən
70 milyon dollar təşkil edib.
Azərbaycanda sənaye,
ticarət, nəqliyyat,
tikinti, kənd təsərrüfatı və
xidmət sahələri
üzrə 90-dan çox
Özbəkistan şirkəti
qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu
nəticələrini göstərir.
Məsələn, Hacıqabul
Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il
iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində
5300-dən çox "Chevrolet" avtomobili buraxılıb.
Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.
Bütün bunlar
Azərbaycanın iqtisadiyyat
naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana
işgüzar səfəri
zamanı bir daha qeyd edilib.
Səfər zamanı
Buxarada iqtisadi sahədə birgə fəaliyyətin genişləndirilməsi
məqsədilə yeni
imkanlar nəzərdən
keçirilib.
Vurğulamaq lazımdır
ki, hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin,
o cümlədən iqtisadi əməkdaşlığın belə yüksək səviyyəyə çatmasında
xalqlarımızın bir-birinə
yaxınlığı, xüsusilə
Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, ölkələrimizin prezidentləri qarşılıqlı
dövlət səfərləri
və rəsmi səfərlərdən əlavə,
müxtəlif beynəlxalq
tədbirlər çərçivəsində
də tez-tez görüşürlər. Elə
bu ayın əvvəlində Azərbaycan
və Özbəkistan
prezidentləri Qazaxıstanın
paytaxtı Astanada keçirilən Şanxay
Əməkdaşlıq Təşkilatına
(ŞƏT) üzv ölkələrin
Zirvə görüşündə
iştirak etmişlər.
Bundan bir-iki gün sonra isə Özbəkistanın
dövlət başçısı Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşündə iştirak etmək üçün Şuşaya gəlmişdir.
Yeri gəlmişkən
qeyd edək ki, Prezident Şavkat
Mirziyoyev keçən
il Azərbaycana
dövlət səfəri
çərçivəsində Füzulidə də olub. Orada Özbəkistan
Prezidenti tərəfindən
özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik məktəbin açılışı keçirilib.
Şavkat Mirziyoyevin
"Azərbaycan bizim
üçün yaxın
dost və zamanın sınağından
çıxmış etibarlı
strateji tərəfdaşdır"
sözlərinin təsdiqi
olan bu məktəbin
inşası da qardaş ölkələrimiz
arasında münasibətlərin
yüksək səviyyəsindən
xəbər verir. Dövlətimizin başçısı
da Özbəkistanın
Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında
həmrəyliyin, dostluğun,
qardaşlığın növbəti
addımı kimi qiymətləndirib.
Prezident İlham
Əliyev Özbəkistana
səfərləri zamanı
paytaxt Daşkənddən
əlavə Ürgənc,
Xivə, Səmərqənd
şəhərlərində də olub. Xatırladaq
ki, ölkələrimizin
dövlət başçılarının
qarşılıqlı səfərləri
zamanı onlarla rəsmi sənəd imzalanıb ki, bunların bir çoxu həm Azərbaycanın, həm də Özbəkistanın
iqtisadiyyatının inkişafına
xidmət edir.
Dövlətimizin başçısı
qarşıya qoyulan məsələlərin icrasının ölkələrimiz
arasında münasibətləri
daha da möhkəmləndirəcəyinə,
daha çox əməkdaşlığın və qarşılıqlı
dəstəyin olacağına
gətirib çıxaracağını
qeyd edərək deyib: "Çünki bu gün Xəzər,
Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə
və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə,
bu gün əmtəə dövriyyəsinin
artırılması, investisiya
layihələri, nəqliyyat-logistika
istiqamətləri, kənd
təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə
bağlı layihələr
barəsində əldə
etdiyimiz razılaşmalar
- bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması,
həm də ölkələrimiz və
xalqlarımız arasında
daha artıq əməkdaşlıq üçün
gözəl imkanlar yaradacaq".
Özbəkistan Respublikası
ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə
birgə Hökumətlərarası
Komissiyanın bu günlərdə keçirilən
13-cü iclasında da
iqtisadi əməkdaşlıq mövzusu
xüsusi önəm daşıyıb. Komissiyanın
həmsədrləri, Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın
investisiyalar, sənaye
və ticarət naziri Ləziz Kudratov komissiyanın işgüzar münasibətlərin
inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli
platforma olduğunu vurğulayıblar. Nazirlərin
görüşü zamanı
Azərbaycanın və
Özbəkistanın dövlət
başçılarının iqtisadi tərəfdaşlığın
möhkəmləndirilməsinə xüsusi önəm verdikləri, bunun da
hər iki ölkənin iqtisadi inkişafına töhfə
olmaqla yanaşı, regional inkişafı stimullaşdırdığı xüsusi qeyd edilib. Ölkələrimiz
arasında müxtəlif
iqtisadi istiqamətlər
üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə birgə
təşəbbüslərin artırılmasının önəmi
qeyd olunub. Tərəflər sənaye,
kənd təsərrüfatı,
enerji, o cümlədən
bərpaolunan enerji, həmçinin karbonsuzlaşma
sahələrində əməkdaşlıq
məsələlərini müzakirə
ediblər.
Xatırladaq ki,
Azərbaycanda pambıqçılıq
və ipəkçilik
klasterlərinin yaradılması
istiqamətində də
qardaş ölkə ilə uğurlu işbirliyi davam etdirilir. Hər iki ölkənin nəqliyyat-tranzit sahəsində
də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycanda
və Özbəkistanda
neft yataqlarının
birgə işlənməsi,
neft-qaz sektorunda layihələrin həyata
keçirilməsi və
digər sahələrdə
əməkdaşlıq edirlər.
Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan
vasitəsilə Avropaya
elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir.
Məlumdur ki, Azərbaycan iri elektrik enerjisi istehsalçısı və
ixracatçısı kimi
öz ərazisindən
elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. Cari ilin mayında imzalanmış Azərbaycan,
Özbəkistan və
Qazaxıstanın enerji
sistemlərinin birləşdirilməsinə
dair Əməkdaşlıq
Memorandumu bu sahədə səmərəli
və qarşılıqlı
faydalı əməkdaşlığın
göstəricisidir.
Perspektivlər çoxdur.
Odur ki, Hökumətlərarası Komissiyanın
iclasında ölkəmizdə
iqtisadi fəallığın
artırılması və
əlverişli biznes mühitinin yaradılması
üçün tətbiq
olunan müxtəlif stimullaşdırma mexanizmləri,
işğaldan azad edilmiş ərazilərin
biznes potensialı, həyata keçirilən
infrastruktur layihələri
və s. barədə
məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar
Azərbaycandakı sənaye
zonalarında və Ələt Azad İqtisadi Zonasındakı
güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli
fəaliyyət qura bilərlər.
Təsadüfi deyil
ki, iclasın yekunlarına dair imzalanan protokolda da iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı,
innovasiyalar və digər istiqamətlər
üzrə tərəfdaşlığın
möhkəmləndirilməsi əksini tapıb.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
12 iyul (¹ 144).- S.11.