Azərbaycanın
prioritetlərindən biri
- COP29
Yaşıl
dünya naminə həmrəylik ili - 2024
Son bir neçə ildir ki, dünya ölkələri iqlim dəyişmələri, təbiətin
məhv olması və ətraf mühitin çirklənməsi
və tullantılar kimi üç amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən
daha sıx əməkdaşlıq edirlər.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
keçənilki sessiyasında
(COP28) iştirak edən
ölkələr bərpaolunan
enerji, səmərəlilik
və metan qazı ilə bağlı yeni öhdəliklərlə əlaqədar
razılığa gəlmiş,
həmçinin qazıntı
yanacaqları dövrünün
bitdiyinə işarə
etmişlər.
Qlobal istiləşmə
artımının 1,5 dərəcədən
aşağı saxlamaq
öhdəliyinin təmin olunması
hər birimizin mənəvi borcudur. Amma açıq-aydın hiss olunur ki,
imkanlar tükənir və gələcəyimizi
qorumaq üçün
maksimum fəaliyyətə
başlamaq lazımdır.
Bunun üçün
əsas prioritet temperatur artımını
1,5 dərəcədən aşağı
saxlamaq üçün
karbon emissiyalarının
azaldılmasıdır. Qlobal
iqlim dəyişikliyinin
fəsadlarını aradan
qaldırmaq üçün
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Kofransının
hər il keçirilən sessiyaları
da məhz bu çağırışların
maksimum həllinə çalışır.
Noyabrda Bakıda düzənlənəcək
COP29-da da müzakirə
ediləcək əsas
məsələlər dünyada
iqlim dəyişikliyinə
qarşı mübarizə
və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf
mühitin qorunmasına
töhfə verən ölkələrdəndir. Hazırda
ölkəmiz özünü
ənənəvi enerji
ilə təmin etməklə yanaşı,
həm də ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" istehsalı üçün
əməli addımlar
atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda su, günəş, külək-
elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək
işlərin miqyasının
daha da artacağı
nəzərdə tutulur.
Ona görə də paytaxtda və regionlarda yeni "yaşıl enerji" stansiyalarının
tikilməsi istiqamətində
elmi-tədqiqat və layihələndirmə işləri
sürətləndirilir.
COP29-la bağlı Bakıda
vaxtaşırı keçirilən bu və bu kimi
məsələləri özündə ehtiva edən problemlərin həllinə
yönəlik toplantılarda
da qlobal tədbirə hazırlıq
işləri nəzərdən
keçirilir, yeni təklif və təşəbbüslər irəli
sürülür. Bir
neçə gün əvvəl COP29 Təşkilat
Komitəsinin beşinci
iclasında hazırlıq
prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri, Təşkilat
Komitəsinin sədri
Samir Nuriyev diqqətə çatdırıb.
Bildirib ki, Prezident iyulun 4-də "Şanxay Əməkdaşlıq
Təşkilatı plyus"
formatında keçirilən
tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri
Təşkilatının Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın
COP29 zamanı inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini
vurğulayıb. Təşkilat
Komitəsinin sədri
əlavə edib ki, Şuşa Zirvə görüşündə
qəbul olunmuş
"Qarabağ Bəyannaməsi"ndə
qardaş türk dövlətləri COP29-da real
nəticələrin əldə
edilməsi istiqamətində
Azərbaycanın ardıcıl
səylərini dəstəkləyiblər.
Qeyd edək ki, dünyada ətraf mühitin çirklənməsi, azalan
təbii ehtiyatlar və artan tələbat
fonunda dayanıqlı
inkişafa nail olmaq üçün
"yaşıl iqtisadiyyat"ın
genişləndirilməsi istiqamətində
həyata keçirilən
tədbirlər böyük
əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev tərəfindən təsdiq
edilmiş "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər"də 5-ci prioritet
"Təmiz ətraf
mühit və "yaşıl artım" ölkəsi" adlanır.
Sənəddə ekoloji
təmiz texnologiyaların
tətbiqinə əhəmiyyətli
yer verilməsi, tullantıların təkrar
emalı və çirklənmiş ərazilərin
bərpasının təşviqi,
ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların
tətbiqinin genişləndirilməsi
ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Bu baxımdan COP29-un Azərbaycanda
keçirilməsi və
2024-cü ilin "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilməsi bu ilin ölkəmiz
üçün çox
əhəmiyyətli bir
il olacağını
göstərir. Məhz
belə bir zamanda sammitə böyük marağın
ölkəmizə hörmətin,
Azərbaycanın nəhəng
beynəlxalq tədbirləri
yüksək səviyyədə
təşkil etmək
qabiliyyətinə inamın
və "yaşıl
keçid"lə bağlı
dövlət başçısının
qəti siyasi iradəsinə etimadın
göstəricisi olduğu
diqqətlərdən yayınmır.
Şübhəsiz, COP29-a dəvət
olunan dövlət
başçıları Azərbaycanda
"yaşıl enerji"nin
inkişafı ilə
bağlı görülən işlərlə
tanış ola biləcəklər.
Samir Nuriyev adıçəkilən toplantıda
bu konteksdən də çıxış
edərək Prezident İlham Əliyevin liderlərin sammitə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının
sayının artdığını
deyib. "Azərbaycan
hökuməti ilə
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Katibliyi arasında imzalanacaq "Ev Sahibi Ölkə" Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının
rəyləri nəzərə
alınmaqla yaxın zamanlarda hazır olacaq" söyləyən Təşkilat
Komitəsinin sədri
müxtəlif dövlət
qurumlarının təklifləri
əsasında, eləcə
də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində
14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının
hazırlandığını deyib.
Tədbirdə bildirilib
ki, COP29 Azərbaycanın prioritetlərindən
biridir. Artıq BMT ilə razılaşaraq
COP29-un tematik günlərinin
bölgüsü aparılıb,
bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət
COP29 Beynəlxalq Məşvərət
Komitəsinin yaradılması
istiqamətində işlər
yekunlaşmaqdadır. Bu o deməkdir
ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı
mübarizədə dövlətlərlə
yanaşı, qeyri-hökumət
təşkilatları, beyin
mərkəzləri ilə
də əməkdaşlığa
açıqdır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
12 iyul (¹ 144).- S.12.