COP29-un “Milli
Öhdəlik Proqramı”
çərçivəsində özəl sektorunun nümayəndələri ilə
növbəti rəsmi
görüş keçirilib
COP29 Azərbaycan Əməliyyat
Şirkəti özəl
sektorla birgə dayanıqlılıq və
iqlim fəaliyyətinin
davamlılığının təşviqini genişləndirir.
Əməliyyat
Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “COP29
Sponsorluq və Tərəfdaşlıq” strategiyasına
uyğun olaraq dayanıqlılıq və ətraf mühit
meyarlarının formalaşması, milli şirkətlərin
korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə
uyğunlaşdırılması üzrə cari ilin
mayında yerli özəl biznes iştirakçıları ilə
başlanılan təşəbbüs çərçivəsində
növbəti görüş keçirilib.
Tikinti,
istehlak məhsulları və istehlakın müxtəlif sahələri,
texnologiya, maliyyə, bank sektoru kimi istiqamətləri təmsil
edən qabaqcıl milli şirkətlərin 40-dan çox
nümayəndəsinin qatıldığı tədbir
korporativ arenada ekoloji məsuliyyətin və
könüllü öhdəliklərin gücləndirilməsi
strategiyalarına yönəlib. Bu seminar şirkətlərə
dayanıqlılıq öhdəliklərinin
nəzərdən keçirilməsinə,
bu yöndə töhfələrin daha səmərəli şəkildə
icrasına, aparıcı
biznes liderləri arasında sektorlararası
əməkdaşlığın və mövcud potensialın gücləndirilməsinə
xidmət edib.
Görüşdə “Milli Öhdəlik Proqramı”nın növbəti mərhələləri
haqqında iştirakçılara
ətraflı məlumat
verilib, şirkətlərin
yaşıl keçid
zamanı üzləşdikləri
imkan və çətinliklər, kollektiv
fəaliyyətin səfərbər
edilməsi və
COP29-da iştirakçılıq çərçivəsində ölkəmizin milli öhdəliklərə daha
çox töhfə verməsinin yolları barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, COP29 tərəfdaşı olan
və “Milli Öhdəlik Proqramı”na
qoşulan şirkətlər
üçün xalis
sıfır keçid
planını dəstəkləyəcək
maarifləndirmə təlimləri
təşkil ediləcək.
Şirkətlər “Milli
Öhdəlik Proqramı”nda iştirak
etməklə təyin
olunmuş sponsorluq meyarlarına cavab vermiş olacaqlar.
COP29 çərçivəsində
sponsorluq və tərəfdaşlığa maraq
göstərən yerli
şirkətlər sponsorship@cop29.az elektron poçt ünvanı vasitəsilə
əlaqə saxlaya bilərlər.
Azərbaycan.-2024.-
12 iyul (¹ 144).- S.12.