Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Mərakeşdə görüşlər keçirib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovun Mərakeşə səfəri davam edir.

BBMM-in mətbuat xidmətindən bildirilib ki, R.Həsənov səfər çərçivəsində ICESCO-nun Baş direktoru Salim Əl-Maliklə görüşüb. ICESCO-nun Baş Qərargahında keçirilən görüşdə Azərbaycanın multikulturalizm siyasəti, eləcə BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb.

Multikulturalizm Mərkəzinin rəhbəri R.Həsənovun  səfər çərçivəsində digər görüşü Mərakeşin Gənclər, Mədəniyyət Kommunikasiya Nazirliyinin Baş Katibi Samira Lemlizi ilə baş tutub. Görüş zamanı Azərbaycan multikulturalizm modelinin Mərakeşdə təbliği, Azərbaycan mədəni irsinin Mərakeş ictimaiyyətinə geniş şəkildə çatdırılması, Mərakeş gəncləri ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, iyulun 9-da Mərakeş Krallığının paytaxtı RabatdaQərb Quran”: Gələcəyə doğru rasional yanaşmaadlı ilk beynəlxalq seminar keçirilib. Seminar Almaniya Dialoq Anlaşma İnstitutu ilə birgə təşkil edilib. İCESKO-nun Baş Qərargahında keçirilən tədbirdə yüksək səviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər. Rəvan Həsənov “Qərb “Quran”: Gələcəyə doğru rasional yanaşmaadlı beynəlxalq seminarda məruzə ilə çıxış edib.

 

Azərbaycan.-2024.- 12 iyul (¹ 144).- S.15.