Prezident
Asif Əli Zərdabi ilə geniş tərkibdə
görüş
Azərbaycan
və Pakistan daim bir-birini dəstəkləyir
İyulun
12-də İslamabadda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Pakistan İslam
Respublikasının Prezidenti Asif Əli Zərdari ilə
geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər
verir ki, görüşdə ölkələrimiz arasında
siyasi əlaqələrin yüksək səviyyədə
olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın
daim bir-birini dəstəkləməsi, xüsusilə
topraqlarımız otuz il ərzində işğal altında
olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi,
Azərbaycanın haqlı və ədalətli mövqeyini
müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini
rəhbər tutması yüksək qiymətləndirildi.
Hazırda
ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin
daha da genişləndirilməsi üçün yaxşı
potensialın olduğu vurğulandı.
Prezident Asif Əli
Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi
münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı
Pakistan Prezidentini COP29-a dəvət
etdi.
Söhbət zamanı
ölkələrimiz arasında
iqtisadi-ticari əlaqələrin,
investisiya sahəsində
əməkdaşlığın daha da genişləndirilməsi
məsələləri müzakirə
olundu.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 13 iyul
(№ 145).- S.2.