Milli
Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Belarus və
Efiopiyanın parlament spikerləri ilə görüşlər
keçiri
Milli Məclisin
Sədri Sahibə Qafarova Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərinə işgüzar səfəri
çərçivəsində Belarus Milli Assambleyası
Respublika Şurasının sədri Natalya Koçanova və
Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə
görüşlər keçirib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə,
Respublika Şurasının sədri Natalya Koçanova ilə
görüşdə Azərbaycan və Belarus arasında
dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq
münasibətlərinin inkişafından məmnunluq ifadə
olunub. Tərəflər ölkələrimiz arasında
münasibətlərin hazırkı yüksək səviyyədə
inkişafında iki ölkənin dövlət
başçıları arasında yüksək səviyyəli
münasibətlərin mühüm rolunu qeyd edərək, son
dövrlərdə Azərbaycan və Belarus arasında
yüksək səviyyəli qarşılıqlı səfərlərin
intensivləşdiyini, imzalanan sənədlərin əlaqələrin
daha da dərinləşməsini təmin etdiyini qeyd ediblər.
Söhbət
zamanı ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti
vurğulanaraq, bu istiqamətlərdə mövcud imkanlarla
bağlı fikir mübadiləsi də aparılıb.
Görüşdə
Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin
həm ikitərəfli əsasda, həm də beynəlxalq
parlament təşkilatlarında uğurlu əməkdaşlığından
məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova
özünün ötən ay Belarus Respublikasına rəsmi
səfərini və keçirdiyi görüşləri məmnunluqla
xatırlayıb.
Efiopiya
Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə
görüşdə də iki ölkə arasındakı əlaqələrin
mövcud vəziyyəti və inkişaf perspektivləri ilə
bağlı müzakirələr aparılıb, bir sıra
sahələrdə əməkdaşlıq imkanlarının
olduğu bildirilib.
Görüşdə
iki ölkənin parlamentlərinin müxtəlif beynəxalq təşkilatlarda
birgə fəaliyyət göstərdiyi vurğulanıb.
Milli Məclisin
sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin fəaliyyəti barədə
məlumat verib. Efiopiyanın təşkilatın
konfransında iştirakı xatırladılıb. Həmçinin,
qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyət
göstərdiyi, dostluq qrupları arasında
qarşılıqlı səfərlərin həyata
keçirilməsinin əhəmiyyəti bildirilib.
Efiopiya
Federal Şurasının sədri Azərbaycanın
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi
çərçivəsində fəaliyyətini yüksək
qiymətləndirərək, Azərbaycanın Hərəkata
sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri
təqdir edib.
Görüşlərdə
bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası – COP29 haqqında da söhbət
açılıb və Milli Məclisin sədri Sahibə
Qafarova COP29 çərçivəsində Milli Məclisin
Parlamentlərarası İttifaq ilə birlikdə təşkil
edəcəyi Parlament konfransı haqqında məlumat verib.
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.4.