2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Milli
Dirçəliş Hərəkatı
Partiyasının səlahiyyətli
nümayəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 19/85
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Milli Dirçəliş
Hərəkatı Partiyası
Kuralının 2024-cü il
2 iyul tarixli iclasının Qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Milli Dirçəliş
Hərəkatı Partiyasının
səlahiyyətli nümayəndələri
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi
kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Şakir Pünhan
oğlu Ağayev
Arzu Sədrəddin
oğlu Məlikov
Aydın Məmməd
oğlu Lətifov
Əli Allahverdi
oğlu Rzayev
Həsrət Əhməd
oğlu Fərzəliyev
Namik Qədir oğlu Bəbirov
Abduləziz Abdulla
oğlu Abşarov
Hənif Adil oğlu Məmmədov
Mətin Fərəc
oğlu Quliyev
Rəşad Əbülfəz
oğlu Məmmədov
Maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə
Çingiz Yusif
oğlu Əhədli.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
12.07.2024
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.9.