2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Haqq
Ədalət Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 19/87
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Haqq Ədalət Partiyası İdarə Heyətinin 2024-cü il 10
iyul tarixli iclasının Qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələr təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Haqq Ədalət Partiyasının
səlahiyyətli nümayəndələri
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Yusif İbrahim
oğlu Vəliyev
Fərrux Əhməd
oğlu Binnətzadə
Samir Qulu oğlu Nəsirov
Maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələr:
Əmir Ziyad oğlu Çıraqəliyev
Rəşad Haşim
oğlu Abbasov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
12.07.2024
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.9.