“Qərbi
Azərbaycana qayıdış”
olimpiadasının qalibləri
ilə görüş
keçirilib
Qərbi Azərbaycan
İcmasında Naxçıvanda
keçirilən “Qərbi
Azərbaycana qayıdış”
festival-konqresi zamanı
mükafatlandırılan eyniadlı
olimpiadanın qalibləri
ilə görüş
keçirilib.
Bu barədə
AZƏRTAC-a Qərbi Azərbaycan
İcmasından məlumat
verilib.
Görüşdə çıxış edən
Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin sədri,
VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib
ki, son 200 ildə ata-baba torpaqlarından zorla qoparılan soydaşlarımız,
onların yaşadıqları
ağrı-acı ilə
bağlı gənclərin
məlumatlı olması,
Qərbi Azərbaycana
geniş maraq göstərmələri onların
milli ruhunun yüksək səviyyədə
olması və vətənə bağlılığının
göstəricilərindən biridir. Sədr qeyd edib ki,
Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin
gənc nəslə ötürülməsində sözügedən
olimpiada mühüm əhəmiyyət daşıyıb.
Daha sonra Elm və Təhsil
Nazirliyinin aparat rəhbəri Mətin Kərimli çıxış
edərək olimpiadanın
keçirilməsində İcma
ilə yaxından əməkdaşlığın xüsusi önəmini vurğulayıb. Mətin Kərimli qalibləri təbrik edərək onlara göstərdiyi əzm və bacarıq üçün
təşəkkür edib.
Qərbi Azərbaycan
İcmasının Qadınlar
Şurasının sədri,
VI çağırış Milli Məclisin deputatı, olimpiadanın keçirilməsində mühüm
rolu olan Məlahət İbrahimqızı
çıxışında gənclərin ümummilli
məsələmiz olan
Qərbi Azərbaycanla
bağlı geniş marağını təqdir
edərək onlara bundan sonrakı fəaliyyətləri və
olimpiadalar zamanı uğurlar arzulayıb, vurğulayıb ki, bu, onların da gələcək nəsillərə ötürməli
olduğu müqəddəs
missiyadır.
Təhsil İnstitutunun
direktor müavini Fuad Qarayev bildirib
ki, olimpiadada 10 mindən çox şagird iştirak edib, onlara 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün
onlara 70 dəqiqə vaxt verilib. Fuad
Qarayev vurğulayıb
ki, olimpiadada iştirak edən bütün şagirdlər
böyük həvəslə
finala can atırdılar.
Daha sonra olimpiadanın hazırlanmasında
və keçirilməsində
mühüm rolu olan ekspertlər çıxış ediblər.
Sonda şagirdlərə
Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub.
Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd
şagirdlər arasında
Qərbi Azərbaycanın
tarixi, coğrafiyası,
mədəniyyəti, ədəbiyyatı,
görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri,
folkloru haqqında maarifləndirmə işlərini
aparmaq və biliklərin dərindən
öyrənilməsini təmin
etmək olub. Ölkənin ümumi təhsil müəssisələrinin
IX və X sinif şagirdlərinin iştirak
edəcəyi olimpiada
3 mərhələli olub.
Olimpiadanın yarımfinal
turu may ayında bölgələr
üzrə, final mərhələsi isə
iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilib.
Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil İnstitutu,
Naxçıvan Dövlət
Universiteti və Qərbi Azərbaycan İcmasının birgə
tərəfdaşlığı ilə həyata keçirilib.
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.10.