İlham Əliyevin Pakistana səfəri qardaş ölkələrin gələcək birgə fəaliyyətinə töhfə verəcək

 

 

"Azərbaycan Pakistanı tarixi köklər bir-birinə bağlayır. Pakistan 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir. 1992-ci  ildən iki ölkə arasında diplomatik əlaqələr qurulub".

Bu sözləri Azərbaycan qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O xatırladıb ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurasının iclasına sədrlik edən Pakistan həmin işğalı kəskin pisləyib 822-ci nömrəli qətnamənin qəbul olunmasında böyük rol oynayıb. Azərbaycan-Pakistan münasibətləri dərin köklərə söykənir. İndi isə əməkdaşlığın inkişafının ən yüksək mərhələsinə qədəm qoyulub.

 O vurğulayıb ki, Ulu Öndər sonrakı dövlət rəhbərləri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi strateji tərəfdaşlıq, qardaşlıq, dostluq əlaqələrinin dərinləşməsi üçün çox vacib addımlar atıblar: "1996-cı ildə Ulu Öndər Pakistana rəsmi səfər edib. Sonra qarşılıqlı səfərlər, Tehranda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə ölkə rəhbərlərinin görüşləri vacib qərarların verilməsi, iki dövlətin daim bir-birini dəstəkləməsi, bu gün Pakistanın Ermənistanı dövlət kimi tanımaması, Azərbaycanın Kəşmir məsələsində Pakistanı tam dəstəkləməsi münasibətlərin inkişafına təkan verib. Azərbaycan Pakistan, sözün əsl mənasında, tarixin sınağından çıxmış əsl qardaş ölkələrdir".

Prezident İlham Əliyevin 2005 2017-ci illərdə Pakistana səfər etdiyini xatırladan V.İskəndərov qeyd edib ki, sonuncu dövlət səfəri isə indiyə qədərki səfərlərin zirvəsi hesab edilməlidir. Bu səfər çərçivəsində iki ölkə arasında 15 sənəd imzalanıb bu müqavilələr çox geniş spektri əhatə edir: hərbi, hərbi sənaye, mədəniyyət, təhsil, iqtisadiyyat, enerji sahələrini . Demək olar ki, hər iki ölkənin əməkdaşlığının inkişafı üçün bütün sahələri əhatə edən çox vacib qərarlar verilib. Bakı şəhəri ilə İslamabadın qardaş şəhər olması, dövlət başçılarının mətbuata açıqlamasında bir-biri haqqında xoş sözlər ifadə etmələri, Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması bunun dünyaya nümayiş etdirilməsi həm dünyaya bir mesaj kimi qəbul edilməlidir. "Bu, iki qardaş ölkənin münasibətlərini bir nümunə kimi ortaya qoyur. Ölkələrimiz həm iki, həm üç, həm çoxtərəfli formatda çox yaxşı əməkdaşlıq qurub. Azərbaycan, Türkiyə Pakistan ordularının mütəmadi birgə təlimləri, BMT-, İslam Əməkdaşlıq Təşkilatında digər platformalarda iki ölkənin bir-birini dəstəkləməsi qardaşlıq nümunəsidir.

Deputat düşünür ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri, orada imzalanan sənədlər iki qardaş ölkənin gələcək birgə fəaliyyətinə inkişafına dəyərli töhfə verəcək.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 13 iyul (№ 145).- S.11.