Ekoloji
gərginlik ümumbəşəri
qlobal problemdir
Onu aradan qaldırmaq üçün hər birimiz səy göstərək
Son illər planetdə qlobal iqlim dəyişikliyi ilə ekoloji təhlükənin baş
verməsi geniş miqyaslı tədbirlərin
həyata keçirilməsini
məqsəd kimi qarşıya qoymuşdur.
Bu baxımdan, Azərbaycanda keçiriləcək
COP29 bəşəri əhəmiyyət
kəsb edir.
Planetdə qlobal
ekoloji təhlükənin
qarşısının alınması
üçün təbiətə
atılan kompleks şəkildə tullantıların
miqdarının minimum
həddə endirilməsi,
hər yanda yaşıllıqların mütəmadi
olaraq artırılması
əsas amillərdən
öncülü sayılır.
Dünya alimlərinin
bu qərarından hələ xeyli əvvəl Ulu Öndərimiz Heydər Əliyevin "Hərəyə
bir ağac əkək", "Kim bir ağac kəssə,
elə bil mənim qolumu kəsir, barmaqlarımı
sındırır" kimi
ibrətamiz kəlamları
bu gün dövrün ən aktual təxirəsalınmaz
proqramı sayıla bilər.
İnsanlıq üçün
əhəmiyyətli olan
bu ideyanın həyata keçirilməsində
hər birimiz səy və bacarığımızı əsirgəməməliyik.
Bu, hər bir vətəndaşın
sağlam həyatı
üçün mütləqdir,
vacibdir, alidir. Müdrik Prezidentimiz
İlham Əliyevin
"Sağlam ekoloji mühit insanın həyatı üçün
ən əhəmiyyətli
məsələdir" sözləri
hamımız üçün
ömürlük bir proqramdır.
Bu gün ekoloji tarazlığın
qorunmasında innovasiyayönümlü
texnologiyaların, o cümlədən
"az tullantılı"
və ya "tullantısız" texnoloji
proseslərin istehsalata
geniş tətbiqi təxirəsalınmaz
məsələdir. Bu
sahədə hər birimiz səylərimizi artırmalıyıq, eləcə
də yaşıllıqları
qorumaq, yeni yaşıl zonalar yaratmaq uğrunda calışmalıyıq. Təbii
sərvətlərimizdən səmərəli, məqsədyönlü
istifadəyə nail olmaq hər birimizin vətəndaşlıq
borcudur.
Sirr deyil ki, son dövrlərdə
müxtəlif təhlükəli,
yoluxucu xəstəliklər
yayılmaqdadır. Bu
qlobal problemin yaranmasının əsas səbəbi ekoloji tarazlığın pozulması,
ətraf mühitin çirklənməsi, planetin
hər yerində sənaye-məişət tullantılarının
səliqəsiz atılmasıdır. Ətraf mühitə ögey münasibət, biganəlikdir.
Ekoloji problem ümumbəşəri qlobal
məsələdir. Bu
problemin həlli üçün yekdil, yığcam proqram-yanaşma
hələlik məlum
deyil. Atmosferdə karbon
oksidləri qazlarının
qatılığının minimum səviyyəyə endirilməsi ilə təbiəti belə bəlalardan mühafizə
etmiş olarıq. Qeyd olunan tədbirlərin
həyata keçirilməsi
ilə, təbiətin
flora və faunasını mühafizə
etməklə atmosferin
saflığını saxlamaq,
toksiki, zərərli kimyəvi birləşmələrin
minimum həddə endirilməsi əsas amildir.
Məlumdur ki, ətraf mühitdə qaz, maye və
bərk aqreqat halında tullantılar mövcuddur. Hər bir tullantı üçün konkret olaraq fərdi yanaşma, elmi-tədqiqat işlərinin aparılması
tələb olunur. Ətraf mühit üçün qaz, maye aqreqat halında
tullantılarla yanaşı,
əsası bərk halında olan zərərli tullantılar
da problem yaradır. Onlar ciddi ekoloji gərginlik
yaradırlar. Məhz bu tullantılar gündən-günə çoxalır.
Bunlardan ətraf mühitə atılan ən çox polimer tullantılarıdır.
Qeyd edək ki, elmi-texniki tərəqqinin inkişafı
ilə əlaqədar
plastik kütlə - polimer materiallarına böyük ehtiyac duyulduğundan, onların istehsalı mütəmadi
artdığından istehsalatda,
məişətdə, o cümlədən
tibdə tullantıların
yan (aralıq) məhsulların da miqdarları artır. Polimer, plastik kütlə materialları
ətraf mühitdə
özü-özünə uzun müddət çürümədiyindən, həll olunmadığından
qaldıqca ciddi ekoloji gərginlik yaradır. Beləliklə,
ekoloji balans pozulur. Aparılan elmi-tədqiqat işlərinin
nəticəsi olaraq polimer-plastik kütlə tullantılarının utilləşdirilməsində
təkrar emal üsulundan geniş istifadə edilir. Nəticədə alınan
məqsədyönlü məhsul
fiziki-mexaniki göstəricilərlə
yüksək istismar xassələrinə malik polimer kompozitlərin alınması sahəsində
əsas yer tutur. Bu üsul
ekoloji-iqtisadi baxımdan
qənaətbəxş hesab
edilir.
Bu məqsədlə
Yüksək Təzyiqli
Polietilendən (YTPE) qənaətbəxş,
istismar xassəyə cavab verə bilən, nəzəri və təcrübi elmi əhəmiyyətli polimer kompozitlər yaradılmışdır. Təcrübi
olaraq aparılan tədqiqatın nəticələrinə,
fiziki-mexaniki göstəricilərinə
əsasən alınmış
polimer kompozitlərin sənaye və texnikanın müvafiq
sahələrində, məişətdə,
tibdə, tikintidə,
yüngül sənayedə,
kənd təsərrüfatında,
o cümlədən suvarmada
və digər müvafiq sahələrdə
texniki məqsədlər
üçün istifadəsi
tövsiyə edilir. Təqdim edilən tədqiqat işləmədə,
əsasən, ekologiyaya,
iqtisadiyyata müsbət
təsir etməklə
mövcud az
və bahalı ilkin xammala qənaət
olunur.
Qeyd edilənlərə
əsasən, ümidvar
olaq ki, yaxın zamanlarda elmi-texniki tərəqqinin
inkişafı ilə
əlaqədar bu gün tullantı (yan) məhsul sayılan maddələr tezliklə gərəkli, qiymətli, geniş tətbiq imkanlı məhsullara çevriləcək.
İqtisadiyyatımız daha
da yüksələcək,
ekoloji gərginlik problemi aradan qalxacaq.
Valeh CƏFƏROV,
AMEA-nın müxbir
üzvü, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu laureatı
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.12.