COP29 viza
müraciət sistemi aktivləşdirildi
Azərbaycanda qeydiyyatdan
keçən iştirakçıların
ölkəyə rahat
girişini təmin etmək məqsədilə
xüsusi COP29 viza müraciət sistemi yaradılıb.
"Azərbaycan" qəzeti xəbər verir ki, bu
barədə məlumat
COP29-un rəsmi saytında
yerləşdirilib.
Bildririlib ki,
COP29 xüsusi vizası
birdəfəlik giriş
vizası olacaq. Əgər iştirakçı
Azərbaycanı tərk
etmək və COP29-un
keçirildiyi müddətdə
yenidən Azərbaycana
geri qayıtmaq istəsə, o zaman UNFCCC qeydiyyat nömrəsindən
istifadə edərək
və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29
xüsusi vizası üçün bir daha müraciət etməli olacaq.
Qeyd edilib ki, COP29 və sessiya öncəsi görüşlər üçün
Azərbaycan ərazisinə
səfər edən bütün xarici iştirakçıların pasportlarının
etibarlılıq müddəti
ölkəyə daxil
olduqları tarixdən
ən azı altı ay sonrakı
müddət üçün
etibarlı olmalıdır.
Bundan əlavə,
iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra
onlara e-poçtla
UNFCCC qeydiyyatını təsdiqləyən
viza üçün müraciət linki göndəriləcək:
“COP29 xüsusi vizasında
vizanın verilmə tarixi qeyd ediləcək
və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq. Viza sahibləri Azərbaycan Respublikasına
bu tarixdən əvvəl daxil olmalıdırlar”, - məlumatda
bildirilib.
Bunun üçün
iştirakçılar link
vasitəsilə viza portalına daxil olaraq formanı doldurmalı və tələb olunan sənədləri yükləyərək
təsdiq üçün
təqdim etməlidir:
“Təsdiq edildikdən
sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün
sizə vizanızı
təsdiq edən e-poçtla link göndəriləcəkdir. İştirakçılara
UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal
sonra COP29 xüsusi vizası üçün
müraciət etmələri
tövsiyə olunur. Vizanın statusunu izləmək üçün
UNFCCC qeydiyyatını təsdiq
edən e-poçtudakı
viza portalı linkindən istifadə edilməlidir”.
Həmçinin, iştirakçılar
vizaların verilməsi
ilə bağlı suallar üçün
visas@unfccc.int elektron poçt
ünvanına müraciət
edə bilərlər.
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.12.