Türk
İnvestisiya Fondunun məqsədi iqtisadi inkişafı dəstəkləməkdir
Türk Dövlətləri
Təşkilatına (TDT) üzv
ölkələr Türk
İnvestisiya Fondunun yaradılması ilə bağlı razılığa
2022-ci il noyabrın
11-də Səmərqənd sammitində gəliblər.
Sənəd Prezident İlham Əliyevin təşəbbüsü ilə
ötən il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının
fövqəladə Zirvə
görüşündə imzalanıb.
Türk dövlətlərinin
başçıları, tədbirin
digər iştirakçıları
və ekspertlər belə bir fondun
TDT-yə üzv ölkələr arasında
infrastruktur, nəqliyyat,
kənd təsərrüfatı,
turizm, alternativ enerji və digər sahələrdə
əməkdaşlığın daha da inkişafına
mühüm təkan verəcəyini bildiriblər.
"Türk İnvestisiya
Fondunun yaradılması
haqqında" sazişin
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu isə Prezident İlham Əliyev tərəfindən 2023-cü il
iyunun 14-də imzalanıb.
Qeyd edək ki, fondun 500 milyon dollar həcmində
nizamnamə kapitalı
5 ölkənin - Azərbaycan,
Türkiyə, Qazaxıstan,
Özbəkistan və
Qırğızıstanın vəsaiti (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşmalıdır.
Təşkilatın mənzil
qərargahı İstanbulda
yerləşəcək. Nizamnamə
kapitalı hər birinin nominal dəyəri 50 min dollarlıq 10 min ədəd səhmdən ibarət olacaq. Nizamnamə kapitalı 350 milyon dollar məbləğində
ödənilmiş və
150 milyon dollar məbləğində cəlb
olunan səhmlərə
bölünür. Hər
bir ölkə ödənilmiş səhmlərə
görə 4 ödəniş
həyata keçirəcək:
ilkin ödəniş
5 milyon dollar, qalan ödənişlər
müvafiq qaydada 18 milyon, 23 milyon və 24 milyon dollar (hər bir ölkə üçün cəmi
70 milyon dollar) olacaq. Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin
payı 30 milyon dollar təşkil edəcək. Fond TDT-yə üzv ölkələrin iqtisadi
potensialının inkişafına,
eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin
möhkəmləndirilməsinə və birgə layihələrin həyata
keçirilməsinə xidmət
göstərəcək. Fond
prezident, idarə heyəti, Direktorlar Şurası və baş direktordan ibarət olacaq.
Fondun qarşıya
qoyulan məqsədə
nail olmaq üçün investisiya
fəaliyyəti ilə
bir sıra funksiya və səlahiyyətləri nəzərdə
tutulur. Bunlara regiondaxili ticarətin inkişafına yardım,
layihələrin, xüsusilə
mikro, kiçik və orta sahibkarlıq
layihələrinin maliyyələşdirilməsi,
beynəlxalq və milli maliyyə və inkişaf institutları, habelə ticarət palataları və özəl təşkilatlarla birgə
əməkdaşlıq və
maliyyələşdirmə, nəqliyyat və logistika zəncirlərinin,
saxlama və istehsal imkanlarının genişləndirilməsinin dəstəklənməsidir.
Fond tərəfindən,
eləcə də dövlət-özəl tərəfdaşlıq
da daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılması
və modernləşdirilməsinin,
sənaye istehsalı,
infrastruktur, nəqliyyat,
kənd təsərrüfatı,
informasiya-kommunikasiya texnologiyaları
və turizm də daxil olmaqla,
qarşılıqlı maraq
doğuran sahələrdə
inkişaf layihələrinin
dəstəklənməsi və
s. nəzərdə tutulur.
Türk İnvestisiya
Fondunun yaranması barədə sazişin imzalanması Türkiyədəki
dəhşətli faciədən
sonraya təsadüf etməsi də bir rəmzi çağırışdır. Prezident İlham Əliyev böyük uzaqgörənliklə həm
TDT daxilində iqtisadi
əlaqələrin rəvanlığı,
həm də xarici təzyiqlərdən
müdafiə və Fransa kimi müstəmləkəçilərin
kolonizasiya eybəcərliyinə
məruz qalmış
xalqlara maddi dəstək, eyni zamanda COVID-19 pandemiyası
zamanı vaksinlərin
ədalətsiz bölgüsünə
etirazı zəminində
yoxsulluq səviyyəsindəki
ölkələrə mümkün
yardımlarla bağlı
üstüörtülü mesajlar verdi. Ümumiyyətlə, bu təşkilatda birləşən
dərin tarixi köklərə malik türk ailəsinin milli-mənəvi dəyərlərə
önəmi səbəbindən
bütün dünyada
zalımlara, irticaya, hegemonluğa qarşı duracağı, haqqı-hüququ
pozulmuş insanların
yanında olacağı,
məzlumlara dəstək
nümayiş etdirəcəyi
bir aksiomdur. Beynəlxalq aləmdə belə möhtəşəm
humanitar missiyanı yerinə yetirməkdən
ötrü türk dövlətlərinin birliyi
təklifi də məhz bizim dövlətimizin rəhbərliyindən
gəlib.
Xatırladaq ki,
TDT 2009-cu il oktyabrın
3-də türkdilli dövlət
başçılarının Naxçıvanda keçirilən
zirvə görüşündə
imzalanmış sazişə
əsasən yaradılıb
və "Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası" (TDƏŞ) adlanıb. 2021-ci ildə adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı
kimi fəaliyyətini
davam etdirir.
Prezident İlham
Əliyev Türk Dövlətləri Təşkilatına
böyük önəm
verir: "Türk Dövlətləri Təşkilatına
üzv olan bütün ölkələrlə
qardaşlıq münasibətlərimiz
var və bizim siyasətimiz Türk Dövlətləri
Təşkilatını gücləndirməkdir.
Bu, böyük coğrafiyadır, böyük
ərazidir, böyük
hərbi gücdür,
böyük iqtisadiyyatdır,
təbii sərvətlərdir,
nəqliyyat yollarıdır,
gənc əhalidir, artan əhalidir və bir soydan,
kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək
səylərlə elə
etməliyik ki, Türk Dövlətləri
Təşkilatı qlobal
arenada önəmli aktora və güc mərkəzinə
çevrilsin. Buna biz ancaq birlikdə
nail ola bilərik".
Dövlətimizin başçısı
İlham Əliyev bu ay Şuşada
keçirilən Türk
Dövlətləri Təşkilatının
Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşündəki çıxışında isə deyib:
"Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha
da dərinləşməsinə
xidmət edən növbəti uğurlu addımdır. İnanıram
ki, fond vasitəsilə bir çox sahələrdə
birgə layihələrə
sərmayə qoyulacaqdır".
Deyilənlərə bir neçə fakt və rəqəm
də əlavə etmək yerinə düşərdi. Belə
ki, türk dövlətləri dünyanın
ümumi ticarət dövriyyəsinin 2,4 faizini
və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Bu günə qədər Azərbaycan türk dövlətlərinin
iqtisadiyyatına 20 milyard
dollardan çox sərmayə qoyub.
2024-cü ilin yanvar-mart
ayları ərzində
Azərbaycanın TDT-yə
üzv və müşahidəçi statusa
malik ölkələr
ilə ticarət dövriyyəsi 1 milyard
709,1 milyon dollar təşkil edib. Bu, ümumi ticarət dövriyyəmizin
17,6 faizinə bərabərdir.
Cari ilin birinci rübündə Azərbaycanın ticarət
dövriyyəsi Türkiyə
ilə 1 milyard 469,1 milyon, Türkmənistanla
96 milyon 926 min, Qazaxıstanla 70 milyon 829 min, Özbəkistanla 35 milyon 814 min, Qırğızıstanla 23 milyon
382 min, Macarıstanla isə 13 milyon dollar olub. 2024-cü ilin ilk üç
ayı ərzində Azərbaycandan Türkiyəyə
150 milyon 291 min, Qırğızıstana 20 milyon
815 min, Türkmənistana
16 milyon 861 min, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.13.