Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatının
- TÜRKSOY-un yaranmasının
dünən 31 ili tamam oldu. TÜRKSOY türkdilli ölkələr
arasında qurulmuş
ilk beynəlxalq təşkilatdır. İdeyası
1992-ci ildə irəli
sürülmüşdü.
Bununla bağlı
Bakı və İstanbul şəhərlərində
bir sıra görüşlər keçirilmişdi.
1993-cü il iyulun 12-də
Almatı şəhərində
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Türkmənistan və
Türkiyənin mədəniyyət
nazirlərinin iştirakı
ilə olan toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi"nin (TÜRKSOY) yaradılması haqqında
saziş imzalanmışdı.
2009-cu ildən qurum Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
adlanır. Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
1993-cü ildən bəri
TÜRKSOY bəşər mədəniyyəti
xəzinəsinin nadir
incilərinə çevrilmiş
türk xalqlarının
zəngin irsinin araşdırılması, öyrənilməsi
və dünyada tanıdılmasında mühüm
mədəni layihələr
reallaşdırır. Təşkilat
türkdilli xalqların
sosial-mədəni oxşarlığının
bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin,
dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin,
mədəni irsinin qorunması, öyrənilməsi,
inkişaf etdirilməsi,
dünyada tanıdılması
və gələcək
nəsillərə ötürülməsi
məqsədilə qurulub.
6 qurucu üzv ölkəsindən başqa,
Şimali Kipr Türk Cümhuriyyəti,
həmçinin Rusiya
Federasiyasının Altay,
Başqırdıstan, Tatarıstan,
Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın
Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi
üzvlük statusuna malikdir.
Fəaliyyəti hər
il toplantıları keçirilən Mədəniyyət
Nazirləri Daimi Şurası tərəfindən
müəyyənləşdirilir. Təşkilatın cari fəaliyyətinə baş
katib rəhbərlik edir. 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi
Azərbaycan Respublikasının
Rusiyadakı səfiri,
keçmiş mədəniyyət
naziri, Xalq artisti Polad Bülbüloğlu
idi. Təşkilatın
ikinci baş katibi - Qazaxıstanın keçmiş mədəniyyət
naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) seçildi. TÜRKSOY-un üçüncü baş
katibi olan Qırğızıstanın keçmiş
mədəniyyət naziri,
həmin ölkənin
Xalq yazıçısı
Sultan Raev 2022-ci ilin martından bu təşkilata rəhbərlik edir.
TÜRKSOY yarandığı gündən olduqca əhəmiyyətli işlər
həyata keçirir.
Tarixi, dili, mədəniyyəti ilə
eyni kökə bağlı olan türk xalqları 31 ildir ki, bu
beynəlxalq təşkilatda
birləşərək sənət
dəyərlərini bir
araya gətirərək
təbliğ edirlər.
Ümumtürk mədəni
irsinin təbliği və tanıdılması,
türk xalqlarının
mədəni irsinin öyrənilməsi, türkdilli
xalqlar, ölkə və diyarlar arasında mədəniyyət,
incəsənət sahəsində
əlaqələrin inkişaf
etdirilməsi baxımından
təşkilatın fəaliyyəti
təqdir olunur. Qurumun uğurlu layihələrinin bir çoxu artıq ənənəyə çevrilib,
hər il davam etdirilir.
TÜRKSOY-un təşkilatçılığı
ilə ənənəvi
olaraq türk xalqlarının tarixində
baş vermiş mühüm hadisələr,
bəşər mədəniyyətinin
xəzinəsinin inciləri
sayılan milli eposların, dahi şəxsiyyətlərin, korifeylərin
ildönümləri bayram
edilir. "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd
Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının, türkdilli xalqların milli eposu olan
"Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinə
həsr olunan və digər yubiley mərasimləri bu qəbildəndir.
TÜRKSOY-un təşkilatçılığı
ilə həyata keçirilən birgə tədbirlər, layihələr,
xalqlarımız arasında
əlaqələrin daha
da genişləndirilməsi
baxımından çox
əhəmiyyətlidir.
Türk xalqları
arasında əlaqələrin
inkişafına, ortaq
mədəni dəyərlər
vasitəsilə dostluq
və qardaşlıq
bağlarının möhkəmləndirilməsinə
səy göstərən
bu beynəlxalq təşkilatın fəaliyyətində
Azərbaycan yaxından
iştirak edir. Ötən il TÜRKSOY-un 30 illiyi respublikamızda
geniş qeyd olundu. Ölkəmizin müxtəlif bölgələrində
bir-birindən maraqlı
tədbirlər düzənləndi.
Təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat
xadimlərinin adına
hər il TÜRKSOY-un xatirə ili elan olunur.
Ümumiyyətlə, bu
beynəlxalq təşkilat
ölkəmizlə bağlı
maraqlı, əhəmiyyətli
çoxsaylı birgə
layihələr reallaşdırıb.
TÜRKSOY-un "Türk
dünyasının mədəniyyət
paytaxtı" layihəsi
iki dəfə Azərbaycanda gerçəkləşib.
2016-cı ildə "Türk
dünyasının mədəniyyət
paytaxtı" Şəki
şəhəri, ötən
il isə Şuşa şəhəri
olub. 2023-cü ildə,
eyni zamanda TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu
Azərbaycan həyata
keçirib.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan
.-2024.- 13 iyul (№ 145).- S.14.