Tarixi abidələrimizin siyahısı zənginləşir

 

 

Daşınmaz mədəni sərvətlərin müəyyənləşdirilməsi üzrə işlər davam edir

 

 

 

Bu günlərdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının həyata keçirilmiş işlərə qarşıda duran vəzifələrə dair iclası keçirilib.

Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, şuranın sədri, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib. Sonra dövlət xidmətinin rəisi Səbinə Hacıyeva abidələrin qiymətləndirilməsi ilə bağlı mövcud çətinliklər qarşıda duran məsələlər haqqında danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov bildirib ki, birinci mərhələdə Bakı şəhəri üzrə 6 işğaldan azad edilmiş ərazilər üzrə 51 obyekt, ikinci mərhələdə Binəqədi rayonu üzrə 13 dövlət qeydiyyatında olan abidə 12 tarix-memarlıq əhəmiyyətli tikili, üçüncü mərhələdə isə Memarlar İttifaqının Səbail rayonu üzrə təklif etdiyi 63 tikili - ümumilikdə cəmi 145 abidə baxılması üçün Ekspert Şurasına təqdim olunub.

Qeyd edilib ki, birinci mərhələdə Bakı şəhəri işğaldan azad edilmiş ərazilər üzrə obyektlərlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Bu obyektlərin abidələr siyahısına daxil edilməsi üçün qərar layihəsi hazırlanıb razılaşdırılma məqsədilə müvafiq orqanlara göndəriləcək.

İkinci mərhələdə Binəqədi rayonu üzrə dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif edilib. 12 tarix-memarlıqəhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub.

Üçüncü mərhələdə isə Səbail rayonu üzrə 63 binaya dair hazırlanmış materiallara şura üzvləri tərəfindən baxış olub. Onlardan 49-nun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Hər iki mərhələdə şura üzvləri tərəfindən verilən təkliflər əsasında AMEA-ya məktub hazırlanıb.

Sonda şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Qurban MƏMMƏDOV,

Azərbaycan.-2024.- 13 iyul (№ 145).- S.14.