Hacı
Zeynalabdin Tağıyev
haqqında film Kanadada fəxri mükafata layiq görülüb
Azərbaycanın
tanınmış xeyriyyəçisi
Hacı Zeynalabdin Tağıyevdən bəhs
edən “100 il şərəfli ömür”
filmi Kanadanın
Toronto şəhərində keçirilən “WideScreen
Film & Music Video” festivalında “Fəxri Ad” mükafatına
layiq görülüb.
"Azərbaycan" qəzeti xəbər verir ki, festivala
dünyanın fərqli
mədəniyyətlərinin tanıdılması mövzusunda
çəkilmiş filmlər
qəbul edilir.
Ekran əsərinin
ssenari müəllifi,
quruluşçu rejissoru
və baş prodüseri Cəlaləddin
Qasımov bildirib ki, filmin çəkilməsində
əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
Festivalda “İkinci
Ömür” tammetrajıi
bədii filmin ssenarisi də “Fəxri Ad” mükafatına
layiq görülüb.
“Hacı Zeynalabdin
Tağıyev harada yaşamasından asılı
olmayaraq, soydaşlarının
imdadına çatıb,
Azərbaycan xalqının
maariflənməsi, istedadlı
insanların yüksək
təhsil alması üçün zəruri
tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində
oxuduğum illərdən
başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım.
Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa
bu sənədlər,
kitablar, fotoşəkillər
mənim sənədli
filmimin qəhrəmanına
çevriləcək”, - deyə
Cəlaləddin Qasımov
bildirib.
O, ekran əsərinin
gələcəkdə müxtəlif
beynəlxalq festivallarda
nümayişi haqqında
da düşünür.
Ekran əsərində
Bakıda XX əsrin əvvəllərində baş
verən tarixi hadisələrə də
toxunulur.
Azərbaycan.-2024.-
13 iyul (¹ 145).- S.14.