Mədəniyyət naziri ŞƏT-ə üzv
ölkələrin mədəniyyət
nazirlərinin görüşündə
iştirak edib
İyulun 12-də Belarus Respublikasında "Slavyan
Bazarı Vitebskdə"
XXXIII Beynəlxalq İncəsənət
Festivalı çərçivəsində
Şanxay Əməkdaşlıq
Təşkilatına (ŞƏT) üzv ölkələrin
mədəniyyət nazirlərinin
görüşü keçirilib.
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimli tədbirdə iştirak edib.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, görüşdə
çıxış edən nazir Adil Kərimli Belarus
Respublikasını bu yaxınlarda ŞƏT-ə
tamhüquqlu üzv olması münasibətilə təbrik
edib.
2016-cı
ildə Azərbaycan və ŞƏT arasında memorandum
imzalandığını xatırladan A.Kərimli qeyd edib ki,
bu mühüm təşkilat kontekstində mədəniyyətin
inkişafı bizim üçün böyük əhəmiyyət
kəsb edir.
Vurğulanıb
ki, bu il iyulun 4-də Astanada keçirilən ŞƏT-in
sammitində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin iştirak etməsi ölkəmizin bu təşkilat
çərçivəsində əməkdaşlığı
dərinləşdirmək niyyətini bir daha nümayiş
etdirib.
“Biz
ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu
yüksək qiymətləndirir və müxtəlif sahələrdə,
o cümlədən mədəniyyət, təhsil, elm və
digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə
çalışırıq. Məqsədimiz
təkcə əlaqələri
gücləndirmək deyil,
həm də davamlı inkişafı dəstəkləmək üçün
mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.
Adil Kərimli onu da diqqətə
çatdırıb ki,
bu il ərzində
Azərbaycanda Belarus, Qırğız
Respublikası, Tacikistan
və Rusiya Federasiyasının mədəniyyət
günləri, eləcə
də Özbəkistanda
Azərbaycanın mədəniyyət
günləri təşkil
olunub.
2024-cü ilin noyabr
ayında Azərbaycanın
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası
Tərəflər Konfransının
29-cu sessiyasına – COP29-a ev
sahibliyi edəcəyini
deyən nazir bildirib ki, bu
mötəbər tədbirin
mədəni gündəliyi
də var. COP29 çərçivəsində mədəniyyət nazirlərinin
görüşü nəzərdə
tutulub. Bu görüş, həmçinin
iqlim dəyişikliyinin
mədəni irsə mənfi təsirinin müzakirəsi üçün
mühüm bir fürsət olacaq.
Qeyd edək ki, “Slavyan Bazarı
Vitebskdə” festivalında
ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü
iyulun 12-də Vitebskin
Qələbə meydanında
“ŞƏT ilə birlikdə
sülh və yaradıcılıq naminə”
adlı konsertlə başlayıb. Tədbirə
təşkilata üzv
ölkələrin nümayəndə
heyətləri də
qatılıb.
Şanxay Əməkdaşlıq
Təşkilatının əsası
2001-ci ildə qoyulub. Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Özbəkistan, Pakistan,
Hindistan, Belarus təşkilatın
tamhüquqlu üzvləridir.
Bir sıra ölkələr təşkilatda
müşahidəçi statusuna,
habelə dialoq üzrə tərəfdaş
statusuna malikdir. Azərbaycan 2016-cı ildən
ŞƏT-lə dialoq
üzrə tərəfdaş
statusunda fəal əməkdaşıq edir.
Azərbaycan.-2024.-
13 iyul (¹ 145).- S.15.