Azərbaycana qarşı ərazi
iddialarına konstitusional əsasda son qoyulmalıdır
Prezident
İlham Əliyev ATƏT-in baş katibini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də
ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə COP29-un Azərbaycanda
keçirilməsi münasibətilə təbriklərini
çatdıran və bu tədbirdə iştirak edəcəyini
bir daha vurğulayan Helqa Mariya Şmid COP29 çərçivəsində
ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın
həyata keçirildiyini dedi.
Dövlətimizin
başçısı Azərbaycanın COP29-la bağlı
çoxsaylı tədbirlər keçirəcəyini qeyd
etdi.
Prezident
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının
əvvəlki sədri və hazırda bu təsisatın
“Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə
yaxın əlaqələrə malik ölkə kimi müxtəlif
tərəflər arasında körpülərin qurulması
və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində
səylərini davam etdirəcəyini vurğuladı.
Dövlətimizin
başçısı ölkəmizin yaşıl keçid
siyasəti və bu istiqamətdə görülən tədbirlərdən
danışdı. Prezident İlham Əliyev inkişaf etməkdə
olan kiçik ada dövlətlərinin Azərbaycanın
gündəliyində prioritet istiqamətlərdən biri
olduğunu dedi və “Commonwealth” təşkilatı ilə
birlikdə kiçik ada dövlətləri ilə əlaqədar
xüsusi fondun yaradılması istiqamətində iş
aparıldığını bildirdi.
Görüşdə
regional bağlantılar məsələsi müzakirə
olundu.
Xəzər
dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin
əhəmiyyətinə toxunan Helqa Mariya Şmid ATƏT-in
gündəliyində yaşıl limanlar layihəsinin
xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və
ölkəmizə səfəri çərçivəsində
Ələt Beynəlxalq Dəniz Ticarət Limanında
olacağını bildirdi.
Qonaq regional ətraf
mühit monitorinq mərkəzinin
yaradıldığını dedi və bu çərçivədə
əməkdaşlıq məsələlərinə toxundu.
Bütövlükdə ATƏT-in gündəliyində
iqtisadiyyat və ətraf mühit məsələlərinin
önəm kəsb etdiyini və bu layihələrin etimad
quruculuğuna töhfə verdiyini vurğuladı.
Söhbət
zamanı regional sülh gündəliyi məsələləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Azərbaycanın sülh gündəliyinə
sadiqliyini vurğuladı və sülh müqaviləsinin
imzalanması üçün Ermənistanın
konstitusiyasında dəyişikliklərin
aparılmasının, Azərbaycana qarşı ərazi
iddialarına konstitusional əsasda son qoyulmasının
vacibliyini qeyd etdi.
Helqa Mariya
Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə
toxundu.
Prezident
İlham Əliyev Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü və torpaqlarımızın
işğalı nəticəsində ərazilərimizin
kütləvi şəkildə minalarla çirkləndiyini
deyərək, 370-ə yaxın insidentin baş verdiyini,
çoxlu sayda insanın mina partlayışları nəticəsində
həlak olduğunu və yaralandığını
vurğuladı.
Görüşdə
ATƏT-in gündəliyində duran məsələlər
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
14 iyul (¹ 146).- S.1.