Əməkdaşlığımızın
potensialından bəhrələnmək
üçün birgə
çalışacağıq
Monteneqronun Prezidenti zati-aliləri
cənab Yakov Milatoviçə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq
münasibətləri xoş
ənənələrə malikdir. Dövlətlərarası
əlaqələrimizin inkişaf
dinamikası, müxtəlif
sahələrdə əməkdaşlığımızın
genişlənməsi məmnunluq
doğurur.
Əminəm ki,
ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək,
həm ikitərəfli, həm də çoxtərəfli
müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın
potensialından tam bəhrələnmək üçün
bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram
günündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Monteneqro xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2024-cü il
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.1.