Heydər
Əliyev uğurlara aparan idarəetmə məktəbi yaradıb
Ulu Öndər
Heydər Əliyevin
55 il bundan əvvəl - 14 iyul 1969-cu
ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməsi tariximizin
unudulmaz səhifəsidir.
Respublikamızın iqtisadi-siyasi, mənəvi
böhrandan qurtuluşunun
əsasının qoyulduğu
həmin gün illərlə, əsrlərlə
xatırlanmağa layiqdir.
Çünki Heydər
Əliyev rəhbərliyə
gəlməklə Azərbaycanda
əsaslı bir dönüş yaratdı,
bütün bürokratik
əngəlləri, maneələri
aradan qaldırdı, yeni dövrün - inkişafın, sağlam mühitin, birliyin, insanlara qayğı və diqqətin, əməyə hörmətin,
zəhmətkeşə etimadın,
işə məsuliyyətin
yeni, möhkəm təməlini qoydu.
Milli ruhu oyatmaq, dilə, dinə, tarixə, mənəvi dəyərlərə,
adət-ənənələrə hörmətlə yanaşmaq,
tarixin dərslərindən
nəticə çıxarmaq,
azərbaycançılığı təbliğ etmək, dünya azərbaycanlılarını
bir araya gətirmək, milli kadrlar hazırlamaq, sədaqətli vətəndaşlar
yetişdirmək, iqtisadiyyatı
inkişaf etdirməklə
insanların rifah halını yaxşılaşdırmaq
və respublikanı tanıtdırmaq, şöhrətləndirmək
arzu olaraq qalmadı, Heydər Əliyevin əməlləri,
fəaliyyəti ilə
həqiqətə çevrildi,
real həyatda öz təsdiqini tapdı.
"Xalq dövlət
üçün yox, dövlət xalq üçün olmalıdır"
ideyasını Ulu Öndər həyat amalına çevirdi və ömrünün sonuna kimi buna
sadiq qaldı. O, xalqının xoşbəxtliyi,
gələcəyi üçün
bütün dövrlərdə
dövlətin imkanlarını
səfərbər etdi
və insanların rifahına yönəltdi.
Heydər Əliyev əsl dövlətçi
idi, Azərbaycanı canından da əziz tuturdu, ancaq o, xalqın birliyi, rahatlığı,
mənalı həyatı
yaradılmadan dövlətin
gələcəyinə ümidlə
baxmırdı, xalqın
milli ruhunu oyatmadan respublikanın inkişafının mümkünsüz
olduğunu bilirdi. Məhz buna görə də Ulu Öndər respublikaya rəhbər təyin edildiyi ilk gündən xalqın milli ruhunun, mənliyinin özünə qaytarılmasına,
oyadılmasına böyük
önəm verdi. Milli kimlik anlayışını
hər bir vətəndaşın şüurunda
bərqərar etmək
və bu anlayışı qürur mənbəyinə
çevirmək böyük
rəhbərin ideya silahı idi və bu xoşbəxt
gələcəyi təmin
etmək üçün
uğurlu yol idi.
"Xalqın, Vətənin
taleyi hər bir insanın taleyinə çevrilməlidir"
kəlamı Heydər
Əliyevin qəlbində
vəzifəyə gələndə
deyil, sözsüz ki, həyat yoluna qədəm qoyduğu gündən hakim idi. O, bu
amalı ömrünün
mənası hesab etməsəydi, çətin
sınaqlardan çıxıb
respublikanın rəhbəri
vəzifəsinə yüksələ
bilməzdi. Ulu Öndərin insan mənəviyyatına, ruhuna,
inamına böyük
önəm verməsi
təsadüfi deyildi.
Çünki kimliyini
dərk etməyən,
mənəviyyatını qorumayan,
inamına söykənməyən
insanın dövlət
və xalq üçün fayda verməsi inandırıcı
görünmür və
buna görə də Heydər Əliyev milli-mənəvi
dəyərlərə sahibliyi
insan ömrünün
mənası hesab edir və bildirirdi:
"Rəhbərlik etmək,
yəni adamları öyrətmək və tərbiyələndirmək üçün
gərək mənəvi
haqqın olsun".
1970-ci illərdə respublikada mənəvi tərbiyə məsələlərinə
həsr edilən ümumittifaq səviyyəli
tədbirlər məhz
Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından qaynaqlanır,
Azərbaycan insanının
mənəviyyatının, ictimai həyatda rolunun yüksəldilməsinə,
milli kimliyinin dərkinə yönəldilirdi.
1969-1982-ci illər Azərbaycanın
inkişaf dövrü
kimi tarixiləşdi və Heydər Əliyevin gərgin, düşünülmüş fəaliyyəti sayəsində,
həmin illərin uğurları dönə-dönə
xatırlanır və
xalqımız tərəfindən
yüksək qiymətləndirilir.
Bu, danılmaz faktdır ki, həmin dövrdə Ümummilli Lider həqiqətən də bütün sahələrdə
inqilab etmiş, respublikanı ağır iqtisadi-siyasi böhrandan qurtarmış, mənəvi
aləmi saflaşdırmış,
Azərbaycana yeni - dünənimiz və bu günümüz üçün vacib olan bir həyat
bəxş etmişdir.
Heydər Əliyev Azərbaycanda heç vaxt dəyərini itirməyən, sarsılmayan
və həmişə
uğurlara aparan bir idarəetmə məktəbi yaratdı, onu illər boyu möhkəmləndirdi
və bu günümüzə ərməğan
etdi.
Təşkilatçılıq, dürüstlük, dövlətə
sədaqət, məsuliyyət,
mənəvi kamillik, insanpərvərlik bu məktəbin təməlidir
və bəşəri
dəyərlərə, prinsiplərə
əsaslanır. Məhz
buna görə də Azərbaycanın yarım əsrdən artıq bir dövrü, xalqımızın
ictimai-siyasi və mədəni həyatda qazandığı uğurlar,
ölkəmizin bütün
sahələrdəki dirçəlişi,
yüksəlişi Heydər
Əliyevin adı ilə əlaqələndirilir
və bu, inkaredilməz faktdır.
Heydər Əliyevin
müdrikliyi, vətənpərvərliyi,
siyasi iradəsi, xalqa, torpağa məhəbbəti, insana inamı onu Ümummilli Lider səviyyəsinə yüksəltmişdir.
O, qətiyyəti, dərin
düşüncəsi, uzaqgörən
zəkası ilə Azərbaycanı böyük
çətinliklərdən, bəlalardan xilas edərək dünyada ona böyük hörmət qazandırdı.
Tanrı Heydər Əliyevi Azərbaycana yalnız dövlət rəhbəri kimi deyil, bir xilaskar
kimi bəxş etmişdi. O, dövlət
təhlükəsizliyi sistemində
çalışdığı illərdə bir çox vəzifəli şəxsləri, yaradıcı
insanları bəlalardan,
təhlükələrdən xilas etdi, onları
təqiblərdən, təsirlərdən
qorudu.
Bu xilaskarlıq
missiyası 1970-1982-ci illərdə
olduğu kimi, Azərbaycanın ən çətin anlarında,
Qanlı Yanvar günlərində, 1993-cü ilin
iyun ayında, sonrakı dövrlərdə
də uğurla həyata keçirildi. Ulu Öndər öz həyatı, sağlamlığı hesabına
xalqımızı, ölkəmizi
əyilməyə, sınmağa,
parçalanmağa qoymadı.
Onun düşünülmüş
siyasi gedişləri nəticəsində imzalanmış
neft kontraktları, dövlət proqramları,
böyük layihələr
Azərbaycanı iqtisadi
cəhətdən dirçəltdi,
ordu quruculuğunun təkmilləşdirilməsinə, ölkənin müdafiə
qüdrətinin möhkəmlənməsinə,
beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə, vətəndaşların fəallığının
yüksəldilməsinə, birliyə, həmrəyliyə
təkan verdi. Hər an xalqın
dəstəyinə arxalanan
və xalqa arxa olan Heydər
Əliyev müasir Azərbaycan tarixinin ən unudulmaz səhifələrini öz
əməlləri ilə
əbədiləşdirdi, fikirləri, düşüncələri,
baxışları ilə
nəinki bu günümüzün, gələcəyimizin
yol xəritəsini işləyib hazırladı,
nəsillərə yadigar
qoydu.
Ulu Öndərin
"Qarabağ torpaqları
mütləq işğaldan
azad olunacaq, biz Şuşamıza, Ağdama, Füzuliyə, gözəl Kəlbəcərə,
Cəbrayıla, Qubadlıya,
ata-baba torpaqlarımıza
mütləq qayıdacağıq"
fikirləri, arzuları
ölməz rəhbərimizin
uzaqgörənliyinin ifadəsi
olmaqla bərabər, ümidlərin, inamların
oyadılması, arzuların
həqiqətə qovuşdurulması
üçün mübarizənin
alovlandırılması, qüvvətləndirilməsi
idi.
Heydər Əliyev
sağlığında Qarabağ
torpaqlarının bugünkü
xoşbəxt günlərini
görürdü, xalqının
iradəsinə, İlham
Əliyevin qətiyyətinə,
bacarığına inanırdı.
Yəqin etmişdi ki, onun arzuları,
inamı çin olacaq, erməni faşistləri torpaqlarımızdan
qovulacaq, uzun illər işğal altında inləyən torpaqlarımızdan düşmən
ayağı kəsiləcək.
Özü kimi inandığı və etibar etdiyi İlham
Əliyevin Vətənə,
xalqa sonsuz məhəbbətini, sədaqətini
bildiyi üçün
Ulu Öndər özünün xilaskarlıq
missiyasını, çətin
günlərin əzab-əziyyətlərini,
məsuliyyətini öz
oğluna tapşırdı
və yanılmadı.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan, xilaskar atanın xilaskar oğlu İlham Əliyev Heydər Əliyevin arzularına yeni, unudulmaz bir həyat verdi. Ordumuzun, xalqımızın birliyi
sayəsində tarixi qələbə qazanmaqla ölkəmiz nəinki düşmənə, təcavüzkarları
müdafiə edən,
onları silahlandıran
dövlətlərə öz
gücünü, qətiyyətini,
mübarizliyini göstərdi.
Cənab İlham
Əliyevin təşəbbüsü
ilə indi türk dövlətləri
Qarabağ torpaqlarında
bir araya gəlir, Türk Dövlətləri Təşkilatının
Zirvə görüşü
Şuşada keçirilir.
Azərbaycan ən mötəbər beynəlxalq
tədbirlərə evsahibliyi
edir. Ölkə iqtisadiyyatı inkişafdadır,
hökm sürən ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi,
Prezidentin sülh, əmin-amanlıq, əməkdaşlıq
çağırışları və bu çağırışların
əməli fəaliyyətdə
əks olunması dünyaya bir nümunədir.
Bu nümunələr
Ulu Öndər Heydər Əliyevin arzularının çiçəklənməsi,
amallarının uğurla
həyata keçirilməsidir.
Xalq hər an, hər gün
öz unudulmaz rəhbərinə, xilaskarına
sonsuz ehtiram və sədaqətini ifadə etməklə onun istəklərini reallaşdırır, prezidentinin
iradəsi, uzaqgörənliyi
sayəsində yeni, dünyaya örnək olan bir Azərbaycan
yaradır və Ümummilli Liderin ruhunu sevindirir.
Tahir RZAYEV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.5.