"Azərbaycan Respublikası Hökuməti
ilə Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının, Kioto
Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il iyunun
7-də məktublar mübadiləsi
formasında imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti ilə
Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının,
Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma" təsdiq
edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Razılaşma qüvvəyə
mindikdən sonra Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyasının və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının müəyyən
edilmiş Prezidenti
(President-Designate) onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Razılaşmanın
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının,
Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyul 2024-cü il
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.2.