"Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, № 9, maddə 858 (Cild
I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
20 may tarixli 63 nömrəli və 30 may tarixli 77 nömrəli fərmanları)
4-cü hissəsində "1539" rəqəmləri "1560" rəqəmləri ilə
əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyul 2024-cü il
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.2.