Şərəfli
tariximizi yaradan Lider
Xalqların taleyində,
dövlətlərin tarixində
böyük şəxsiyyətlərin,
liderlərin və müdrik rəhbərlərin
rolu ilə bağlı çoxsaylı
misallar çəkmək
olar. Məsələn,
qardaş Türkiyə
xalqı Mustafa Kamal Atatürkün, amerikalılar Corc Vaşinqtonun, ingilislər
Uinston Çörçilin,
fransızlar Şarl de Qollun sayəsində
fəxarətlə bəhs
etdikləri öz dövlətçiliklərinin tarixini yaradıblar.
Xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət
Heydər Əliyevin də adı öz xalqının şərəfli salnaməsini
yazan görkəmli dövlət xadimləri sırasında yer alır. Heydər Əliyev istər keçmiş ittifaq, istərsə də müstəqillik illərində respublikamızın
möhtəşəm tarixini
yaradıb, rəhbərlik
etdiyi bütün dövrlərdə dövlətimizin
yüksəlişini və
qüdrətlənməsini təmin edib.
Olduqca qürurvericidir
ki, Heydər Əliyev siyasəti bu gün də
davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünə
qədəm qoyması,
torpaqlarımızın işğaldan
azad edilməsi kimi tarixi nailiyyətlərimiz
göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətimizin yüksəlişinə,
öz hədəflərinə
uğurla çatmasına
xidmət edir. Ona görə Heydər Əliyev elə bir dahi
şəxsiyyətdir ki,
xatirəsi hər gün ehtiramla, dərin məhəbbətlə
xatırlanır. Ulu Öndərlə bağlı
hər bir tarix və hadisə
isə xalqımız
tərəfindən böyük
sevgi ilə, bayram coşqusu ilə qarşılanır,
qeyd olunur. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə
başladığı 14 iyul
günü də bu baxımdan əlamətdar tarixlərdən
biridir. 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmiş
və məhz həmin tarixdən Azərbaycanın tarixində
tamamilə yeni mərhələ başlanmışdır.
Bu gün həmin tarixdən 55 il ötür.
Neft ölkəsi
olmasına və buna görə sənayenin inkişafı
baxımından böyük
potensialına rəğmən
öz iqtisadi göstəricilərinə görə
ittifaq miqyasında sonuncu yerlərdə qərarlaşan Azərbaycanın
tezliklə müttəfiq
respublikalar arasında
liderlər cərgəsinə
yüksəlməsi, cəmiyyət
həyatının bütün
sahələrində müsbətə
doğru dəyişikliklərin
baş verməsi, neqativ meyillərə son qoyulması, təhsilin inkişafı,
idarəçilikdə azərbaycanlı
kadrların sayının
çoxalması, xalqımızın
milli və mənəvi dəyərlərinin qorunmasına xidmət edən addımların atılması
Heydər Əliyevin Azərbaycana sovet dövr rəhbərliyinin
əsas göstəriciləridir.
Ulu Öndər xalqımızı yad mədəniyyətlərin təsirindən
qorudu, atdığı
addımlarla milli dəyərlərimizi yaşatdı.
Milli düşüncələrinə
görə sovet rejimi tərəfindən təqibə məruz qalan şair və yazıçıları
da Heydər Əliyev şəxsiyyəti
böyük qətiyyətlə
qorudu. Ümumilikdə
isə Ulu Öndər o dövrdə
həm iqtisadiyyatımızı inkişaf
etdirməklə, həm
də xalqımızın
milli oyanışına
yol açan təşəbbüsləri dəstəkləməklə,
gələcək müstəqilliyimizin
əsaslarının yaranmasını
təmin etdi. Azərbaycanın müstəqilliyinə
aparan bütün təməllər Heydər
Əliyevin ölkəmizə
birinci rəhbərliyi
dövründə formalaşdı.
Heydər Əliyev
xalqına, vətəninə
bağlı,
milli dəyərlərlə
silahlanmış şəxsiyyət
idi. Təsadüfi deyil ki, 1987-ci ildə tutduğu vəzifələrdən istefa
verdikdən sonra da Heydər Əliyev xalqımızın
yanında, daha dəqiq desək, milli müstəqillik mücadiləsinin önündə
idi. Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı 1990-cı il yanvarın 21-də
Moskvada verdiyi cəsarətli bəyanat,
hələ sovet dövlətinin mövcud olduğu dönəmdə
Naxçıvanda üçrəngli
bayrağımızı ucaltması,
bütün sovet atributlarından imtina etməsi, ilk dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi xalqımızın
müstəqillik mücadiləsinin
elə hadisələridir
ki, onları hansısa başqa məqamlarla müqayisə
etmək qeyri-mümkündür.
Heydər Əliyev bununla xalqımızın
müasir dövlətçilik
salnaməsinin qürurdoğuran
səhifələrini yazdı,
şərəfli tariximizi
yaratdı.
Həm sovet dövründəki, həm
milli müstəqillik
uğrunda mübarizə
mərhələsindəki tarixi xidmətlərinə
görə Heydər Əliyev xalqımızın
dərin sevgisini qazanmışdı. Elə
buna görə də müstəqilliyimizin
ilk illərində yaranan dərin böhran zamanı xalq Heydər Əliyevə üz tutdu. Çünki hamı Heydər Əliyevə inanır, yalnız ona güvənirdi. 1993-cü ilin
məlum hadisələrindən
sonra xalqın çağırışı ilə Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq
missiyası bir daha Ulu Öndərin
böyük siyasi təcrübəsinin, müdrikliyinin
və vətənpərvərliyinin
təntənəsinə çevrildi.
Tariximizdə baş verənlərə nəzər
yetirdikcə bir daha əmin oluruq ki, əgər
1993-cü ildə Heydər
Əliyev xilaskarlıq
missiyası ilə siyasi hakimiyyətə qayıtmasaydı, müstəqilliyimizdən
və dövlətçiliyimizdən
əsər-əlamət qalmazdı.
Heydər Əliyev
öz qətiyyəti,
siyasi iradəsi ilə müstəqilliyimizi
layiqincə qorudu, dövlətçiliyimizin
möhkəm və etibarlı təməllərini
yaratdı. Xalqımız
bu gün müstəqil yaşadığına
görə məhz Heydər Əliyevə minnətdardır. Aradan illər, onilliklər ötdükcə Heydər
Əliyev dühasının
böyüklüyünü daha dərindən anlayır, o cümlədən
uğurlarımızın timsalında
daha aydın görürük. Müasir
və müstəqil Azərbaycan dövlətinin
bütün uğurlarında,
inkişafında Heydər
Əliyevin tarixi rolu, siyasi irsinin
böyük izləri
var. Ulu Öndər özünün
əbədiyaşar ideyaları
ilə, Azərbaycanın
yüksəlişinə, cəmiyyətimizin
yüksək rifahına
xidmət edən alternativsiz siyasi kursunun davam etdirilməsi ilə xalqımızın qəlbində
yaşayır. Heydər
Əliyevin müəyyən
etdiyi, müəllifi olduğu siyasi kursun və inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsinin nəticəsi
olaraq Azərbaycan ötən 20 ildən artıq bir dövrdə tarixi inkişaf yolu keçib, tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Bütün bunların
göstəricisi kimi Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə
dayanması, Azərbaycanın
isə beynəlxalq münasibətlər sistemində
ehtiramla qarşılanan
dövlət olması
hər birimizi dərindən fərəhləndirir.
2020-ci ilin Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsi, ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoymaqla, ərazi bütövlüyümüzün tam bərpa olunması tarixin ən qüdrətli Azərbaycanının möhtəşəm
təsdiqi oldu. Bu hadisələrin hər biri Prezident
İlham Əliyevin qətiyyətli və müdrik siyasətinin təntənəsinə çevrildi.
Tariximizi şərəfləndirən
bu qələbələr
bir daha göstərdi ki, müasir dövlətçilik
tariximizin yarım əsri ötmüş şərəfli bir epoxasının müəllifi
olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur.
Bəli, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasının
55-ci ildönümünü dövlətçiliyimizin və
müstəqilliyimizin parlaq
və şərəfli
səhifələrini təşkil
edən olduqca möhtəşəm nailiyyətlərlə
qeyd edirik. Heydər Əliyev epoxasının hər bir mərhələsi xalqımızın
qürur mənbəyidir.
Özünün əsas
milli hədəflərinə
layiqincə
çatan respublikamız
möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə
də yeni uğurlara imza atacaq. Şərəfli tariximizi yaradan Ulu Öndər Heydər Əliyevin ölməz ideyaları isə bu yolda
hər zaman xalqımızın əsas
istinad mənbəyi olacaq.
Novruzəli ASLANOV,
Milli Məclisin
deputatı, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin
prezidenti
Azərbaycan.-2024.-
14 iyul (¹ 146).- S.6.