Xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə
başlamasının 55-ci ili
tamam olur. 1969-cu il iyulun 14-dən başlanan və bu gün barəsində qürurla
bəhs etdiyimiz Heydər Əliyev siyasəti həm sovet illərində, həm müstəqillik dövründə Azərbaycana
yüksəliş, inkişaf
və rifah gətirmişdir. Müstəqil
xalq kimi yaşamağımız, suveren
və güclü dövlətçiliyə sahib
olmağımız məhz
Heydər Əliyev siyasətinin nəticəsi,
möhtərəm Prezident
İlham Əliyev tərəfindən layiqincə
davam etdirilən Heydər Əliyev yolunun təntənəsidir.
Heydər Əliyevin
1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi
çağdaş tariximizdə
keyfiyyətcə
yeni mərhələnin
başlanğıcına çevrilmişdir.
Heydər Əliyev ilk gündən öz fəaliyyəti ilə həmin dövrdə sovet rejiminə xas olan bütün stereotipləri respublikamızda
dəyişmiş və
ölkədə pozitiv
dəyişikliklərə doğru dönüşün
əsası qoyulmuşdu.
Sovet İttifaqının
siyasi-ideoloji bürokratiyasına
rəğmən Heydər
Əliyevin yeni idarəçilik metodlarından
çıxış etməsi,
problemlərin həlli
ilə bağlı fərqli baxış ortaya qoyması, milliləşdirmə ilə
müşayiət olunan
kadr siyasəti cəmiyyəti ruhlandırmış
və ölkənin inkişafı naminə səfərbər etmişdi.
Bəzi statistik
göstəricilərə nəzər
salaq: 1969-1982-ci illərdə
Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı
3 dəfə, sənaye
istehsalı 2,7 dəfə artmışdı.
Əgər XX əsrdə
1969-cu ilədək Azərbaycanda
735 sənaye müəssisəsi
yaradılmışdısa, Heydər Əliyevin rəhbərlik etdiyi 13 ildə onların sayı 1048-ə çatdırılmışdı.
Elektron maşınqayırması,
radiosənaye kimi mütərəqqi sənaye
sahələri həmin
dövrdə yaradılmışdı.
Azərbaycanda buraxılan
350 adda sənaye məhsulu dünyanın
65 ölkəsinə ixrac
olunurdu. Artıq
1982-ci ildə kənd
təsərrüfatı məhsulları
istehsalının həcmi
1969-cu ildəkinə nisbətən
təxminən beş-altı
dəfə yüksəlmiş,
beş min meqavat elektrik enerjisi istehsal gücünə malik energetika sistemi yaradılmış, avtomobil
yollarının uzunluğu
1,2 dəfə artmışdı,
o cümlədən neft
sənayesi özünün
yeni intibah dövrünə qədəm
qoymuşdu. Və bütün bunlarım sayəsində Azərbaycan
Rusiya və Ukrayna ilə yanaşı, öz daxli imkanları hesabına sərbəst yaşaya bilən 3 respublikadan birinə çevrilmişdi.
Lakin Heydər Əliyev Azərbaycanın
yüksəlişində yalnız
sosial-iqtisadi amillərlə
kifayətlənmirdi. Ulu
Öndər məsələyə
kompleks yanaşaraq, həm də təhsilin səviyyəsinin
yüksəldilməsi, idarəetmədə
azərbaycanlı kadrların
sayının artırılması
üçün bütün
imkanları səfərbər
edirdi. Bu baxımdan, Heydər Əliyevin sovet illərində xalqımız
qarşısında ən
böyük tarixi xidmətlərindən biri keçmiş
SSRİ-nin 50-dən artıq
böyük şəhərinin
170-dən çox ən
məşhur ali məktəbində ən
zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin
ali təhsil almasına şərait yaratmasıdır. Həmin
mütəxəssisləri Heydər Əliyev "Azərbaycanın milli sərvəti" kimi qiymətləndirmişdir.
Sovet dövlətinin
siyasi quruluşu və idarəetmə forması respublikamızda
siyasi sferada hansısa yeniliyi və ya dəyişikliyi
istisna edirdi. Buna baxmayaraq, 55 il əvvəl sovet Azərbaycanına rəhbərliyə başlayan
Heydər Əliyevin fəaliyyəti respublikamızı
iqtisadi və sosial göstəricilərə
görə keçmiş
ittifaq üzvləri arasında 14-cü yerdən
qabaqcıllar sırasına
yüksəltməklə bərabər,
sovet ideologiyasının
itirməyə çalışdığı
milli dəyərlərimizin
yenidən bərqərar
olmasına və cəmiyyətimizdə yeni
siyasi dünyagörüşünün
yaranmasına yol açmışdı. Bu
baxımdan, sovet dövründə təkcə
sosial-iqtisadi yüksəliş
deyil, milli-mənəvi
dəyərlərə qayıdış
və milli oyanış da Heydər Əliyevin adı ilə bağlı idi. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi ideyası
da o illərdən formalaşmağa başlamışdı.
Ötən 55 il
respublikamızın tarixində
müxtəlif qürurdoğuran
siyasi-ictimai hadisələrlə
zəngindir. Bu dövrdə Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətdə təmsil
olunmadığı illərdə
öz tarixinin an ağır və faciəli günlərini yaşamışdır.
Əminliklə deyə
bilərik ki, əgər ötən əsrin 80-ci illərinin sonunda Heydər Əliyev siyasi rəhbərlikdə olsaydı,
ermənilər Azərbaycana
qarşı torpaq iddiası qaldıra və ya hərbi
təcavüzə başlaya
bilməzdilər. Və
ya Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi,
müstəqilliyimizin ilk
illərindəki faciələr
baş verməzdi. Bu reallığı hələ 1990-cı illərin
əvvəllərində xalqımız
düzgün dəyərləndirir,
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini əngəlləyən
yaş senzurasına qarşı mübarizə
aparır, Yeni Azərbaycan Partiyasını
yaradaraq, Ulu Öndərin ətrafında
siyasi səfərbər
olurdu. 1993-cü ilin ortalarına doğru baş verən hadisələr, müstəqilliyimizin
itirilmək, Azərbaycanın
parçalanmaq təhlükəsi
qarşısında qalması
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını artıq
tarixi zərurətə
çevirmişdi. Hətta
buna qədər Ulu Öndərə qarşı mübarizə
aparan, onu Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən uzaqlaşdırmağa
çalışan AXC-Müsavat
qaragüruhu da çıxış yolunu
yalnız Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışında
görürdü. Beləliklə,
1993-cü ildə Bakıya
gələn Heydər
Əliyev növbəti
dəfə özünü
dövlət və xalq qarşısında tarixi missiyasını yerinə yetirdi. Əgər 1969-cu ildə Heydər Əliyev Azərbaycanı tənəzzüldən
inkişaf yoluna çıxarmışdısa, gələcək müstəqilliyimiz
üçün etibarlı
əsaslar yaratmışdısa,
1993-cü ildə o, respublikamızı
parçalanmaqdan xilas
etdi, müstəqilliyimizi
qorudu və əbədi etdi, müasir Azərbaycan dövlətinin banisinə,
xalqımızın Ümummilli
Liderinə çevrildi.
Azərbaycan dövlətinin
son 20 ildən artıq tarixi göstərir ki, Heydər Əliyev siyasəti layiqincə davam etdirilir, Ulu Öndərin ideyaları aydın gələcəyimizə nur
saçır. Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin
hər bir uğuru həm də Ulu Öndərin
arzularının həyata
vəsiqə alması
deməkdir. İndi Azərbaycan beynəlxalq münasibətlərdə öz
yeri olan, müstəqil siyasəti və mövqeyi
ilə tanınan, qlobal məsələlərə
təsir göstərən,
onların həllinə
töhfə verən dövlətdir. Ən əsası Azərbaycan dünyada torpaqlarını
müharibə yolu ilə azad edən,
ərazi bütövlüyünü
döyüş yolu ilə bərpa edən dövlət kimi tanınır. Bunları təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən böyük və müqəddəs arzusunu da layiqincə
yerinə yetirdi.
Bu gün qalib Azərbaycan tarixinin ən qüdrətli dövləti,
bölgənin lideri, kosmik klubun üzvü,
qlobal məsələlərdə
söz sahibidir. Ona görə indi Ulu Öndərin
ruhu rahatdır, çünki Azərbaycan
onun arzuladığı
zirvəyə yüksəlib.
Yekunda onu da qeyd etmək
istərdim ki, hər birimizin qarşısında dayanan
ümdə vəzifələrdən
biri vətəndaş
təəssübkeşliyindən çıxış edərək
Ulu Öndərin bizə əmanət qoyduğu dövlətimizin
daha da qüdrətlənməsinə
xidmət etməkdir. Respublikamızın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli
fəaliyyəti bu sahədə ən gözəl nümunələrdir.
Çünki bu fəaliyyət bütün
məqamları ilə
Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata
vəsiqə almasına,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin daha böyük uğurlar qazanmasına xidmət edir. Bütün bunlar Mehriban Əliyevanın vətənpərvərliyinin, milli
idealların əzmkar
daşıyıcısı olmasının göstəricisidir.
İndiyədək, sosial,
mədəniyyət və
humanitar sferalarda çoxsaylı layihələr
həyata keçirən,
Azərbaycan həqiqətlərini
dünyaya çatdıran,
şəhid analarının
yanında olan, qazilərimizin sağlam həyata qayıtmasına
böyük kömək
göstərən, bu
gün isə Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən
bərpa və quruculuq işlərinə
yüksək töhfələr
verən Mehriban Əliyevaya fəaliyyətində
yeni uğurlar arzu edirik.
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.6.