1969-cu il iyulun
14-ü Azərbaycan xalqının
tarixində əlamətdar
gündür. Məhz
bu tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Əgər 1993-cü ilin
15 iyunu müstəqil
Azərbaycanın Qurtuluş
Günü kimi tariximizi şərəfləndirdisə,
14 iyul 1969-cu il xalqımızın intibaha
gedən başlanğıc
günü kimi nicatımız oldu. Çünki müstəqilliyimizin
siyasi və iqtisadi əsasları məhz bu tarixdən
qoyulmuşdu. Eyni zamanda həmin dövrdə Heydər Əliyevin gəlişi ilə Azərbaycanda ictimai həyatın bütün sahələrində
sürətli yüksəliş,
milli özünüdərkin
formalaşması dövrü
başlanmışdı.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik
tariximizdə xüsusi
yer tutur. Bu böyük şəxsiyyətin fəaliyyəti
öz əhəmiyyətinə
görə Azərbaycanın
hüdudlarından çox-çox
kənara çıxır.
Dərin təfəkkürə,
ensiklopedik biliyə, geniş dünyagörüşünə
malik böyük siyasətçi kimi tanınan Heydər Əliyevin adı müasir Azərbaycanda dövlət quruculuğu,
iqtisadi dirçəliş,
milli kimliyin formalaşması və siyasi sabitliyin bərqərar olması ilə bağlıdır.
1969-cu ildə Heydər
Əliyevin sovet Azərbaycanının rəhbərliyinə
gəlməsi birmənalı
şəkildə müstəqilliyimizə
gedən yolun başlanğıcı oldu.
Məqsədli şəkildə
yabançılaşdırılan məmləkətimizdə sürətli
şəkildə milliləşmə
prosesi başlandı.
Azərbaycan SSR Konstitusiyasında
Azərbaycan dilinə
dövlət dili statusunun verilməsi, ziyalılarımızın, mütərəqqi
aydınlarımızın repressiya və təqibdən qorunması,
gənclərimizin ittifaqın
ən nüfuzlu ali məktəblərində
təhsil almaq üçün göndərilməsi,
1971-ci ildə ölkəmizdə
Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin yaradılması Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında
ən böyük xidmətlərindəndir. Bütün
bu və digər proseslər onun milli dirçəliş
ideologiyasına əsaslanan
siyasi fəaliyyətində
öz əksini tapırdı.
Ümummilli Lider
Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji
fəaliyyətində milliləşmə
xüsusi və mühüm yer tutur. Azərbaycan xalqının dahi oğlu ötən əsrin 1960-cı illərinin
sonlarında ölkəyə
rəhbərlik etdiyi ilk günlərdən milliləşmə prosesini
fəaliyyətinin prioriteti
seçmişdi. Ulu Öndər xalqımızın
milli-mənəvi dəyərlərinin,
adət-ənənələrinin, milli mentalitetinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi
diqqət yetirmişdi.
Azərbaycanın problemlərini
dərindən bilməsi,
yüksək vətənpərvərlik
və təşkilatçılıq
bacarığı respublikada
mövcud problemlərin
həllində ona
kömək etmişdi.
Bu dövrdə
iqtisadiyyatda keyfiyyət
dəyişiklikləri baş
verdi. Mövcud müəssisələrin yenidən
qurulması, yenilərinin
açılması, kənd
təsərrüfatına dövlət
dəstəyinin artırılması,
infrastrukturun yenilənməsi
qısa müddət ərzində mühüm
nailiyyətlərin əldə
olunmasına zəmin yaratdı. Heydər Əliyevin Azərbaycanın
siyasi rəhbərliyində
olduğu 1969-1982-ci illərdə
250 yeni müəssisə
yaradıldı ki, bu da milyonlarla
yeni iş yerinin açılması
deməkdir. Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra respublikanın inkişaf tempi xeyli sürətləndi,
bütün səviyyələrdə
qeyri-peşəkarlığa qarşı mübarizəyə
başlanıldı.
Böyük zəhmətlər
bahasına Ulu Öndər öz islahatlarını aparmağa
və Azərbaycanı
keçmiş Sovet İttifaqının inkişaf
etmiş respublikalarından
birinə çevirməyə
nail oldu.
1993-cü ildə yenidən
siyasi hakimiyyətə
qayıdanda da Ulu Öndər ölkənin ictimai-siyasi həyatına sabitlik gətirdi, bütün sahələrdə müşahidə
olunan durğunluğa
son qoydu.
Hazırda Azərbaycanın
dövlət suverenliyi
və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin
sistemli şəkildə
genişləndirilməsi və
dünya iqtisadiyyatına
daha dərindən inteqrasiya prosesi, mədəniyyət, elm və digər sahələrdə müşahidə
olunan böyük inkişaf 1970-1980-ci illərdə
Heydər Əliyev tərəfindən qoyulmuş
potensiala əsaslanır.
Məhz bu baxımdan 14 iyul 1969-cu il intibahımızın, müstəqilliyimizin doğulduğu
gündür. Bu gün müstəqil, regionun söz sahibi, dünyanın hesablaşdığı bütöv,
qüdrətli Azərbaycan
dövlətinə görə
hər birimiz xalqımızın əziz
övladı Heydər
Əliyevə borcluyuq
və onun bizə miras qoyduğu strategiyası inkişaf, tərəqqi yolumuzdur.
Rəşad MAHMUDOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.6.