Heydər Əliyev siyasəti Azərbaycanı möhtəşəm zəfərlərə aparır

 

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 55 ili tamam olur. Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızda  siyasi hakimiyyətə gəlişi Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişaf intibah yoluna qədəm qoydu.

O dövrdə sosial-iqtisadi, mənəvi-psixoloji tənəzzül yaşayan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər bir sahədə dirçəldi, eləcə mənəvi-psixoloji mühit sağlamlaşdı, milli şüurda oyanış baş verdi. Bununla da Azərbaycanın müstəqilliyinin gerçək təməlləri atıldı.

Dahi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, konsepsiyasını yaradıb.

Azərbaycançılıq məfkurəsinin müəllifi kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Hələ sovetlər dönəmində Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. Vətənpərvər ziyalılarımızın, yaradıcı insanların  sovet repressiyasından qorunması, milli tariximizin dərindən öyrənilməsi bu istiqamətdə ciddi əsərlərin yaradılması, minlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi, təhlükəsizlik orqanlarının milliləşdirilməsi sair addımlar məhz buna xidmət edirdi. Nəticə etibarı ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər müstəqil dövlətimizin sarsılmaz təməllərini atdı Azərbaycan ötən dövr ərzində bu təməllər üzərində inkişaf edərək bugünkü qüdrətli səviyyəyə yüksəldi.

Məhz Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu Öndər Heydər Əliyev dövlət başçısı siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması inkişafı yolunda uğurlu siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacardı. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplərə əsaslanırdı. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin qurucusu lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirdiyi bütün islahatların kökündə məhz bir amal, bir məqsəd dayanırdı. Bu da hər bir azərbaycanlının müstəqil, sağlam rahat yaşayışını təmin etməkdən ibarət idi.

Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, dövlətimizin həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu iqtisadi imkanları deyildi, həm rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması isə Heydər Əliyevin dövlətimiz üçün ən böyük xidmətlərindən biri oldu.

Müstəqil dövlət quruculuğu prosesində ölkənin xarici siyasət kursu da əsas amillərdən biri idi. Belə ki, Heydər Əliyev mürəkkəb qlobal regional vəziyyətin mövcudluğu şəraitində müstəqil Azərbaycanın milli maraqlarımıza əsaslanan xarici siyasət kursunu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi.

Ulu Öndər bütün fəaliyyəti boyu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atdı. Beləliklə, qəbul olunan beynəlxalq sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğal etməsində həmin sənədlər hüquqi baza rolunu oynadı. 

Ulu Öndər Heydər Əliyevin xaos anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində dövlətimiz parlaq qələbə qazanmaqla Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Dünya artıq öz ərazi bütövlüyünü suverenliyini bərpa etmiş Azərbaycanın yaratdığı bu reallıqları qəbul edir. Qazanılan şanlı zəfər dövlətimizin qarşısında yeni üfüqlər, perspektivlər açdı.

Azərbaycanı qarşıda da yeni-yeni zəfərlər gözləyir. Bu nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır.

 

Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 14 iyul (№ 146).- S.7.