Milli-mənəvi
dəyərləri yaşadan
lider
Ulu Öndər
Heydər Əliyev bir zamanlar dediyi
məşhur "Vətənə,
xalqıma, millətimə
məhəbbət, müstəqil
Azərbaycan dövlətinə,
Azərbaycan Respublikasına
hədsiz məhəbbət
mənim həyatımın
mənasıdır, məzmunudur"
kəlamı ilə əbədiyaşar portretini
cızmışdır.
Ümummilli Lider
istər Azərbaycana
rəhbərlik etdiyi illərdə, istərsə
də SSRİ adlı
bir imperiyada ən yüksək vəzifələrdə çalışanda
da azərbaycanlı olması ilə fəxr etdiyini qürurla ifadə etmişdir.
Görkəmli dövlət
xadimi, müdrik şəxsiyyət Heydər
Əliyev yaxşı
bilirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın
yolgöstərəni və
bələdçisidir. Azərbaycançılığı
milli ideologiya kimi irəli sürən və formalaşdıran, mədəniyyətimizi,
mənəvi dəyərləri təkcə
milli varlığımızın
yox, həm də siyasi varlığımızın - dövlət
quruculuğu işinin
mühüm atributu kimi dəyərləndirən
Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq". Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni
irsinə və mənəvi dəyərlər
sisteminə böyük
məhəbbətlə yanaşan
Ümummilli Lider həm də bu dəyərlərin qoruyucusu idi.
Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
tarixi ənənə
və təməl üzərində milli ideologiyanın formalaşması
və inkişafı naminə misilsiz xidmətlər göstərən
Ulu Öndər milli
düşüncənin düzgün
məcrada inkişafına
nail olaraq xalqa məxsus ənənə və dəyərlər sistemini
qloballaşmanın sərt
təsirlərindən qorumağı
bacarmışdır. Çağdaş
tariximizə öz möhürünü vurmuş
Heydər Əliyev dühası azərbaycançılığı
milli ideologiyaya çevirməklə cəmiyyətin
həmrəylik və
bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və
düşüncə sistemindən
qaynaqlanan bu ideya dərin məzmun yükü ilə ölkənin təkamül prosesində,
tərəqqisində və
monolitliyində aparıcı
amilə çevrilməkdən
savayı, həm də Ümummilli Liderə xalqı öz ətrafında birləşdirmək, milli
ideallar ətrafında
səfərbər etmək
imkanı yaratmışdır.
Xalqların tarixinin
yaranmasında ona rəhbərlik etmiş şəxsiyyətlərin rolu
inkaredilməzdir. Müasir
Azərbaycan dövlətçiliyinin
tarixinə öz adını əbədi həkk etmiş nadir
tarixi şəxsiyyət,
fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi illər birmənalı olaraq intibah, tərəqqi, milli oyanış, nəhayət,
müstəqil dövlət
quruculuğu dövrü
kimi tarixiləşib.
Ölkəmizdə
ötən əsrin
70-ci illərinin əvvəllərindən
başlayan müstəqil
dövlət ideyası
əsrin sonlarında əzəmətli bir reallıqla tamamlandı. Heydər Əliyev Azərbaycan tarixində qurub yaratdığı bu dövlətin sarsılmazlığını, yüksəlişini, Azərbaycanın
müstəqilliyinin əbədiliyini,
daimiliyini, dönməzliyini
təmin edən tarixi şəxsiyyətdir.
Ötən əsrin
sonlarında sosializm sistemi uğursuz sonluğuna yetişdi və sovetlər birliyinin süqutu ilə nəticələndi.
Müstəqilliyini elan
edən Azərbaycanda
isə vəziyyət
daha ciddi və təhlükəli idi. Ölkə sanki yağışdan çıxıb yağmura
düşmüşdü. Ermənistanın ərazi
iddiaları, torpaqlarımızın
işğalı, təcrübəsiz
və naşı adamların bacarıqsızlığı
ucbatından yaranan hakimiyyət böhranı
ciddi vətəndaş
qarşıdurması ilə
nəticələnmişdi. Ölkənin belə ağır vəziyyətində
xalqın təkidli tələbi ilə hakimiyyətə gələn
Ulu Öndər xalqı vətəndaş
müharibəsindən, yenicə
Azərbaycanı parçalanmaq
təhlükəsindən xilas
etdi. Bu ağır günlərdə
məsuliyyəti öz
üzərinə götürən
Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının
bugünkü ağır,
mürəkkəb və
gərgin vəziyyətini
tam məsuliyyətlə
dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən
məsuliyyətimi anlayıram
və bunların hamısını rəhbər
tutaraq əlimdən gələni edəcəyəm".
Həmin dövrdə
Azərbaycanda digər
sahələrdə olduğu
kimi, xarici siyasətdə də qarışıqlıq mövcud
idi. Dövlətin xarici siyasət konsepsiyası demək olar ki, yox
idi. Heydər Əliyevin hakimiyyətə
tarixi dönüşü
xarici siyasətdə yeni mərhələnin başlanğıcı oldu.
Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində
bölgədə, ümumilikdə
isə dünyada Azərbaycana münasibəti
müsbətə doğru
dəyişmək mümkün
oldu.
Ardıcıl olaraq
xarici ölkələrə
səfərlər edən
Ümummilli Lider görüşdüyü dövlət
rəhbərləri, nüfuzlu
beynəlxalq təşkilatların
nümayəndələri ilə
keçirdiyi görüşlərdə
Ermənistanın Azərbaycana
təcavüzü, ölkəmizin
sosial-iqtisadi vəziyyəti
və potensialı haqqında məlumatlar verir, Azərbaycan həqiqətlərini dünya
birliyinə çatdırmaq
üçün gərgin
əmək sərf edirdi. Respublikamızın
konkret xarici siyasətinin əsas prinsiplərini və istiqamətlərini müəyyən
edən Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkəmizin qarşısında duran problemlərin həllinə
nail olaraq dövləti böhranlı
durumdan çıxarmağı
bacarmışdır. Təbii
ki, bu dahi
şəxsiyyətin o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi
və həyata keçirdiyi düzgün xarici siyasət nəticəsində
mümkün olmuşdur.
Ulu Öndər
müdrikliklə bəyan
etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə
keçidi reallaşdırmaq,
bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə
nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet
inkişaf istiqamətlərini
müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi
cəhətlərini də
nəzərə almışdır.
Ümummilli Lider
həyatda olduğu müddətdə Azərbaycan
cəmiyyətinin vahidliyinin,
bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır.
Ulu Öndər cəmiyyətin vahidliyini təmin edərək onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional
faktor, dini və milli mənsubiyyət
amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin
yaşaması, inkişaf
etməsi baxımından
ən düzgün seçim idi və ötən illərin reallıqları
bunu təsdiqləmişdir.
Müstəqil müasir
Azərbaycanın qurucusu
kimi milli dövlətçiliyimizin ideya
əsasını məhz
Heydər Əliyev yaratmışdır. Bütün
mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində
dərin iz buraxaraq əsl dövlət idarəçiliyi
məktəbinə çevrilmişdir.
Azərbaycan xalqının
hələ neçə-neçə
nəsli bu böyük məktəbdən,
Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin
inkişafı, xalqımızın
rifahı naminə faydalanacaq. Heydər Əliyev yalnız Azərbaycan xalqının
deyil, bütün türk dünyasının
milli lideri, zəmanəsinin böyük
siyasi xadimidir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.8.