Yolumuza
Heydər Əliyev dühasından işıq
düşdü
1969-cu il iyulun
14-də Azərbaycan Kommunist
Partiyası Mərkəzi
Komitəsinin birinci katibi - Azərbaycanın rəhbəri seçilən
Heydər Əlirza oğlu Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikası olan məmləkətimizi qısa
müddət ərzində
ön cərgəyə
çıxardı, inkişaf
etdirdi, nüfuzlandırdı,
şöhrətləndirdi. Həmin ildə keçirilən məşhur
avqust plenumu isə Azərbaycanın həyatında mühüm
və şərəfli
bir mərhələnin
başlanğıcı oldu.
1969-1982-ci illər respublikada
quruculuq salnaməsinin
parlaq dövrü kimi tarixə düşdü.
Ulu Öndər
hələ sovet dövründə böyük
müdriklik və uzaqgörənliklə Azərbaycanın
gələcək müstəqilliyinə
hərtərəfli zəmin
yaratdı. Biz bunu çox-çox sonralar - tarixin ağır sınaqları,
imtahanları qarşısında
qalarkən dərk etməyə başladıq.
İndi uzaq-yaxın altmışıncı illərin
mənzərəsinə nəzər
salanda, əksər lövhələrdə tünd,
qarışıq rənglərin
şahidi oluruq. Ona görə də Heydər Əliyev ümumən respublikanın dirçəldilməsi
naminə fəaliyyətə
başladı - aqrar sahədən tutmuş sənaye, təhsil, mədəniyyət, ədəbiyyatın
tərəqqisi də
daxil məmur özbaşınalığı, qanunsuz yoxlamalara qon qoyulması zəminində sadə kütlələrin hüquqlarının
qorunmasına qədər,
necə deyərlər,
bütün cəbhəboyu
mübarizəyə qalxdı.
Həmin vaxtlarda
iqtisadi sahədə də əsl durğunluq hökm sürürdü - istər
istehsalın artım sürətinə, istərsə
də keyfiyyət və səmərəlilik
göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq
respublikalar arasında
sonuncu yeri tuturdu. Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə respublikada yaranmış sosial-iqtisadi
durum hərtərəfli
təhlil olundu, geriliyin səbəbləri
aydınlaşdırıldı, onu aradan qaldırmağın
və irəliyə doğru inkişafı təmin etməyin proqramı hazırlandı.
1974-cü ilin dekabr ayında çağırılan
Azərbaycan KP MK-nın
plenumu keyfiyyət məsələlərini müzakirə
edərək bu istiqamətdə müxtəlif
müəssisələrin, ictimai təşkilatların
fəaliyyət proqramlarını
müəyyənləşdirdi. Respublika iqtisadiyyatında yaranmış
problemlər və onların həlli yolları ilə əlaqədar Sov.İKP
MK-ya təkliflər ünvanlandı. "1976-1980-ci illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin
inkişafı haqqında
Azərbaycan KP MK-nın
təkliflərinin nəzərdən
keçirilməsi barədə"
Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının
yerinə yetirilməsi
tədbirləri müzakirə
olundu, qarşıya yeni vəzifələr qoyuldu. Xalqın rəhbərə inamı,
rəhbərin xalqa etibarı sayəsində ölkəmiz qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötüb keçdi.
1969-cu ildən başlayaraq
tikinti kompleksinin inkişafına xüsusi qayğı göstərilmiş,
mövcud istehsal potensialından daha səmərəli istifadəyə
başlanmışdır. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafında,
xüsusilə qeyri-neft
sahəsində mühüm
əhəmiyyəti olan
170-dən çox sənaye
müəssisəsi tikilib
istifadəyə verilmiş,
mövcud müəssisələr
yenidən qurulmuş,
genişləndirilmiş və
yeni istehsal sahələri istismara verilmişdir. 1969-1982-ci illərdə
iqtisadiyyatın inkişafına
1920-1968-ci illər ərzində
istifadə edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait yönəldilmişdir.
Ümumi sahəsi 19,4
milyon kvadratmetr olan yaşayış evləri tikilmişdir.
O dövrdə Heydər
Əliyevin rəhbərliyi
ilə kənd təsərrüfatının inkişafı
üçün də
mühüm qərarlar
qəbul edilib. "Azərbaycan SSR-də kənd təsərrüfatı
istehsalını inkişaf
etdirmək tədbirləri
haqqında", "Azərbaycan
SSR-də kənd təsərrüfatını daha
da intensivləşdirmək
tədbirləri haqqında",
"Azərbaycan SSR-də
kənd təsərrüfatı
istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və
şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında"
qərarlarda kənd təsərrüfatının vəziyyəti
hərtərəfli təhlil
olunub, əkinçilik
və heyvandarlığın
inkişafında mövcud
nöqsanların aradan
qaldırılması üçün
tədbirlər planı
hazırlanıb, kənd
təsərrüfatının dinamik inkişafı məqsədilə intensivləşmənin
tətbiqinə əsaslı
vəsait qoyuluşunun
artırılması məsələləri
öz əksini tapıb.
Ölkə iqtisadiyyatının
bütün sahələrində
gəlirlərin artması
dövlət büdcəsinin
də ilbəil böyüməsini təmin
etmişdir. 1969-cu illə
müqayisədə 1982-ci ildə
büdcənin gəlirləri
1,9 dəfə artmış,
onun əsas hissəsi dövlət və kooperativ müəssisə və təşkilatlarının gəlir,
mənfəət və
dövriyyələrindən tutulan vergilərin hesabına formalaşmışdır.
Həmin dövrdə
kolxoz, kooperativ müəssisələr və
ictimai təşkilatlardan
gəlir vergisi üzrə daxilolmalar 4,7 dəfə, dövlət müəssisə və təşkilatlarından mənfəət
və dövriyyədən
vergilər üzrə
daxilolmalar isə müvafiq olaraq 2,0 və 1,6 dəfə çoxalmışdır. Dövlət
büdcəsinin vəsaitləri,
əsasən, ölkənin
istehsal qüvvələrinin
inkişafına və
əhalinin maddi və mədəni tələbatlarının ödənilməsinə
xərclənmişdir.
Azərbaycan yenidən
müstəqilliyə qovuşarkən
xalqın israrlı xahişi ilə siyasi rəhbərliyə qayıdan Ümummilli Liderimiz ölkəmizi bir çox təhlükələrdən - siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan,
parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən
xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz
qorunub saxlanıldı
və möhkəmləndi,
ölkəmiz inkişaf
yoluna çıxdı,
beynəlxalq arenada tanınmağa başladı.
Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir, regionun lider dövlətidir. Heydər
Əliyev dühası
dünəndən bu günümüzə, bu gündən isə sabahımıza körpülər
salıb. Balanslaşdırılmış
və milli mənafeyə əsaslanan
dövlət siyasəti,
ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı,
xalqın rifahı, milli dəyərlər - bütün bunlar Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi.
Bu gün tam əminliklə deyə bilərik ki, Ulu Öndərin
layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan bütün ali məqsəd və hədəflərinə yetişib.
Ən başlıcası
isə, ərazi bütövlüyümüz və
dövlət suverenliyimiz
təmin olunub. Dahi şəxsiyyətin adını daşıyan,
beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da bu
mənəviyyat bulağından
qaynaqlanır. Milli mənafeyə, soykökümüzə
bağlı xeyirxah missiyası ilə seçilən fond artıq sərhədləri
aşıb, dünyanın
bir sıra ölkələrində həyata
keçirdiyi humanitar layihələrlə böyük
nüfuz və şöhrət qazanıb.
Müasir müstəqil
Azərbaycanın memarı,
çağdaş dövr
yeni intibah mərhələsinin banisi
olan Heydər Əliyev şəxsiyyəti
tükənməz və
öyrənildikcə öyrəniləsi
bir xəzinədir. Ulu Öndər Azərbaycanın söykəndiyi
qranit dağdır. Onun uca zirvəsində
bərq vuran Günəşin - Heydər
Əliyev dühasının
nuru ölkəmizin bütün dünyaya yönəlik siyasətini,
xalqımızın gələcəyə
gedən yollarını
daim işıqlandıracaq.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.12.