Pakistanla münasibətlərimiz yeni yüksəliş mərhələsindədir

 

 

"Azərbaycan Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir, iki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 1993-cü ilin martında Bakıda Pakistan səfirliyinin açıldığını xatırladan deputat bildirib ki, Azərbaycan isə İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Azərbaycan Pakistan arasında münasibətlərin hərtərəfli inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

C.Paşazadə qeyd edib ki, bu gün Azərbaycan Pakistan arasında əməkdaşlıq hər bir sahədə uğurla davam etdirilir: "Xüsusilə   təhlükəsizlik müdafiə sahələrində əməkdaşlıq genişlənib. Qardaş Türkiyə kimi Pakistan da hər zaman keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Hətta Pakistan işğalçı siyasətinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. 44 günlük Vətən müharibəsində İslamabad birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib".

Deputat vurğulayıb ki, Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyərək, hər zaman qardaş ölkə kimi onun yanında olub. Pakistan Azərbaycan hər zaman çiyin-çiyinə dayanan dost ölkələrdir. Ən önəmlisi isə, xalqlarımız da öz rəhbərlərinin fikirlərini  bölüşürlər.

Prezident İlham Əliyevin bu il iyulun 11-12-də dövlət səfəri Azərbaycan Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsində bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsində xüsusi rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident Asif Əli Zərdari ilə görüşlər keçirib. Keçirilən bu mühüm görüşlər, imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verəcək.

Müsahibimiz bildirib ki, bu gün hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri ölkələrimiz arasında əməkdaşlığın yeni daha güclü formatlarda  inkişaf etdirilməsidir.

Deputat düşünür ki, dövlətimizin başçısının Pakistana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərə yeni məzmun gətirilməsinə, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə uzunmüddətli birgə fəaliyyətə təkan verəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 14 iyul (№ 146).- S.13.