Qardaş
ölkələr arasında
imzalanmış sənədlər
əlaqələri daha
da möhkəmləndirəcək
"Prezident İlham
Əliyevin təyyarəsi
Pakistanın hava sərhədini keçəndən
yerə enənə qədər qardaş ölkənin hərbi qırıcılarının dövrəsində
təzim uçuşu
etmələri, onu qarşılamağa isə
Hərbi Hava Qüvvələrinin Nur Xan bazasına Baş nazir Məhəmməd Şahbaz
Şərifin özünün
təşrif gətirməsi
Azərbaycan xalqına
və liderinə necə böyük sayğıyla yanaşıldığının
sərgilənməsi idi.
Hər kəsin bildiyi reallığın
- Pakistanda Azərbaycana
doğma, qardaş ölkə kimi baxıldığının sərgilənməsindən
söhbət gedir ki, fikrimcə, bu da elə-belə
deyil".
Bu sözləri
qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat bildirib ki, dilinin adı
belə ordu dövləti olduğunu təsdiqləyən Pakistan
Minsk qrupunun üç həmsədri
də daxil olmaqla bir sıra
böyük dövlətlərin
açıq şəkildə
bizə qarşı çıxmalarına rəğmən
təkbaşına BMT-nin
4 bəlli qətnaməsini
reallaşdırmağı bacarmaqla presedent yaratmış, işğalçı
forpost rolu oynayan Ermənistan üzərində zəfər
çalmış əzmli
xalqın Müzəffər
Ali Baş Komandanını bu cür qarşılamalıydı.
Bu, həm də bir neçə
gün öncə Astanada ŞƏT sammiti çərçivəsində keçirilən Azərbaycan-Türkiyə-Pakistan
üçtərəfli görüşünün
nə anlam daşıdığını bilməyənlərə bir
daha çatdırılan
mesaj idi: "Mesaj isə bu idi ki,
bizim zəfərimizi hələ də həzm etmək istəməyənlərlə yanaşı,
ona özününkü
kimi yanaşanlar da var. Azərbaycanın
zəfərini alqışlayan
qardaş dövlətlərin
mövqeləri, onu gözü götürməyənlərinkindən fərqlidir,
fərq də sarsılmazlığındadır.
İki dövlət arasında, demək olar ki, bütün
sahələri əhatə
edən 15 anlaşma, Azərbaycanın Pakistan iqtisadiyyatına ilkin mərhələdə 2 milyard
dollar yatırım qoymaq planı, azərbaycanlı mütəxəssislərin
İslamabadın modernləşməsinə
verəcəkləri töhfə
əminəm ki, aradakı bağları daha da möhkəmləndirəcək.
Ancaq Pakistanda ən önəm verilən məsələlərdən
bəlkə də birincisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cəmmu və Kəşmir probleminə yanaşmada tutduğu mövqedir".
Deputat xatırladıb
ki, BMT-nin sözügedən regionlarla
bağlı hələ
də yerinə yetirilməmiş 4 qətnaməsi
mövcuddur. Özü
də onlar Azərbaycan topaqlarının
işğalına son
qoyulmasına çağıran
qətnamələrdən təqribən
yarım əsr qabaq, daha dəqiqi,
1948-ci ildə qəbul
edilmişdi. Ona görə də BMT-nin yerinə yetirilməyən qətnamələrini
təkbaşına reallaşdırmağı
bacarmış bir dövlətin başçısının
Cəmmu və Kəşmir məsələsindəki
mövqeyi Pakistan üçün o qurumun Təhlükəsizlik Şurasının
daimi üzvlərinkindən
heç də az önəmli olmamalıdır. Üstəlik,
Azərbaycan öz mövqeyində onların
əksəriyyətindən fərqli olaraq səmimi və qətiyyətlidir.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.13.