Azərbaycan xalqı və dövləti
ilk dəqiqələrdən bu xəyanəti şiddətlə
qınamışdır
Türkiyə
Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb
Tayyib Ərdoğana
Hörmətli
cənab Prezident,
Əziz
Qardaşım,
15 İyul
hadisələrinin səkkizinci ildönümündə
dövlət çevrilişi cəhdinin
qarşısının alınması yolunda canlarını
qurban vermiş bütün şəhidlərimizin əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə
və bütün Türkiyə xalqına dərin hüznlə
başsağlığı verirəm.
Qardaş
Türkiyənin qan yaddaşına əbədi olaraq həkk
olunmuş bu gecədə baş vermiş mənfur
çevriliş cəhdi ölkənizin milli maraqlarına,
demokratik əsaslarına və hüququn aliliyinə qəsd
idi. Müdrik və mərd Türkiyə xalqı Vətən,
dövlətçilik və demokratiya uğrunda qətiyyətlə
mübarizə apararaq və sinəsini sipər edərək
növbəti dəfə qəhrəmanlıq dastanı
yazdı. Bu hadisələr ilə əlaqədar təsis
edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin
xalqınızın həmrəylik, mübarizlik və milli
birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər
ötdükcə daha böyük qürurla
xatırlanacaqdır.
Türkiyə
dövlətçiliyinə qarşı yönəlmiş bu
çevriliş cəhdinin dəf olunmasında və bununla da
ölkənizi böyük faciələrdən xilas edilməsində
şəxsən Sizin gördüyünüz təxirəsalınmaz
qəti addımların və liderliyinizin xüsusi rolu
olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx
birləşərək dövlətinə,
azadlığına və demokratiyasına sahib
çıxmaqla dünyaya milli qürurunu, gücünü və
sarsılmaz iradəsini bir daha sübut etdi.
Azərbaycan
xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti
şiddətlə qınamış və həmişə
olduğu kimi qardaş Türkiyə dövlətinin və
xalqının yanında yer almışdı. Bu bizim
sevincimizi və kədərimizi birgə
paylaşdığımız Türkiyəyə
qardaşlıq və vəfa borcumuz idi.
Hörmətli
cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada
görüşümüzü, apardığımız ətraflı
fikir mübadiləsini ən xoş təəssüratlarla
xatırlayıram. Əminəm ki, dostluğa,
qarşılıqlı etimad və dəstəyə əsaslanan
Azərbaycan-Türkiyə əlaqələrini,
çoxşaxəli əməkdaşlığını və
strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri
olmayan dövlətlərarası münasibətlərimizi
daha da yüksək səviyyəyə qaldırmaq naminə
birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə
möhkəm cansağlığı, işlərinizdə
uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 iyul 2024-cü il
Azərbaycan.-2024.-
16 iyul (¹ 147).- S.1.