“Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun tətbiqi “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.2-ci, 4-1.4 – 4-1.6-cı 10.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10.3-cü maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-1.4-cü maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 4-1.2-ci 4-1.5-ci maddələrində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4-1.6-cı maddəsində “orqan (qurumdedikdə qeydiyyata alınmadan tütün məmulatının idxalı fəaliyyətinin həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsinə qanunla müəyyən edilən qeydiyyat şərtlərinə nəzarət edilməsinə münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq, tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair tələblər aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2024-cü il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 60 qram;

2.2. 2025−2026-cı illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 72 qram;

2.3. 2027−2029-cu illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 96 qram;

2.4. 2030-cu hər sonrakı il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 120 qram.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.4-cü maddəsinə uyğun olaraq, tütün məmulatının idxalını istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması qaydasını Reyestrin əsasnaməsini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ı 9, maddə 588 (Cild I) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Müəyyən edilsin ki:

3.1. “Tütün tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.2-ci, 4-1.4 – 4-1.6-cı 10.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 10.3-cü maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.3. həmin Qanunun 7.2-ci, 8.3-cü, 9.4-cü, 11.5-ci, 12.4-cü 19.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.4. həmin Qanunun 4-1.4-cü maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.5. həmin Qanunun 4-1.2-ci 4-1.5-ci maddələrində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

3.6. həmin Qanunun 4-1.6-cı maddəsində “orqan (qurumdedikdə qeydiyyata alınmadan tütün məmulatının idxalı fəaliyyətinin həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsinə qanunla müəyyən edilən qeydiyyat şərtlərinə nəzarət edilməsinə münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

3.7. həmin Qanunun 11.1-ci, 11.4-cü, 12.1 – 12.3-cü, 13.2-ci 18.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.8. həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2024-cü il

Azərbaycan.-2024.- 16 iyul (ı 147).- S.3.