Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası adından borc alınması zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatına dövlət dəstəyinin aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2367 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2567 (Cild I) ilə təsdiq edilmişAzərbaycan Respublikası adından borc alınması zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-4-cü bənd əlavə edilsin:

“1.2-4. Bu Qaydanın müddəaları Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1-1-ci 6.1-2-ci bəndlərinə uyğun olaraq sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2024-cü il

Azərbaycan.-2024.- 16 iyul (¹ 147).- S.3.