“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 24.1-1-ci maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 6, maddə 607 (Cild I); 2024, ¹ 3, maddə 258) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “24.1-ci (hər iki haldasözlərindən sonra “, 24.1-1-ci” sözləri əlavə edilsin;

3.2. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

“2.8. həmin Qanunun 24.1-1-ci maddəsində “orqan (qurumdedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 12 (I kitab), maddə 1703 (Cild I) ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material məmulatların istehsalını emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 3.1-1-ci 4.1-1-ci bəndlər əlavə edilsin:

“3.1-1. Alkoqollu içkilərin idxalı həyata keçirilən qida obyektlərinin bu sahədə qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyata alınması üçün Agentlik Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğunluğa dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyini alır. Rəyin verilməsi üçün müraciətə “Lisenziyalar icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.”;

“4.1-1. Alkoqollu içkilərin istehsalı həyata keçirilən qida obyektlərinin təsdiqi üçün Agentlik Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğunluğa dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyini alır. Rəyin verilməsi üçün müraciətə “Lisenziyalar icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.”;

4.2. 10.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 10.1.9-cu yarımbənd əlavə edilsin:

“10.1.9. alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektləri və bu sahədə qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinə münasibətdə həmçinin Qanunun 24.1-4-cü maddəsində nəzərdə tutulmuş hallarda.”.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2024-cü il

Azərbaycan .-2024.- 16 iyul (¹ 147).- S.4.