Tütün
və tütün məmulatı haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Tütün
və tütün məmulatı haqqında
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ı 9, maddə
568 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4-cü maddə üzrə:
1.1.1. 4.0.5-ci maddə aşağıdakı redaksiyada
verilsin:
4.0.5. tütün məmulatının
idxalını və istehsalını həyata
keçirən sahibkarlıq
subyektlərinin qeydiyyata
alınması, tütün
məmulatının idxalını
və istehsalını
həyata keçirən
sahibkarlıq subyektlərinin
Reyestrinin (bundan sonra Reyestr) aparılması qaydasını
və Reyestrin əsasnaməsini müəyyən
etmək;;
1.1.2. aşağıdakı məzmunda 4.0.6-1-ci maddə
əlavə edilsin:
4.0.6-1. tütün məmulatının istehsalında
yerli tütün xammalından istifadə həcmlərinə dair tələbləri müəyyən
etmək;;
1.2. aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
Maddə 4-1. Tütün
məmulatının idxalını
və istehsalını
həyata keçirən
sahibkarlıq subyektlərinin
qeydiyyata alınması,
qeydiyyatının yenidən
rəsmiləşdirilməsi və Reyestrin aparılması
4-1.1. Sahibkarlıq subyektlərinin
tütün məmulatının
idxalını və istehsalını həyata
keçirməsi üçün
qeydiyyatı və qeydiyyatının yenidən
rəsmiləşdirilməsi ilə bağlı icraat Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
4-1.2. Azərbaycan Respublikasında
tütün məmulatının
idxalını və istehsalını həyata
keçirən sahibkarlıq
subyektləri müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında
qeydiyyata alınır.
4-1.3. Qeydiyyata alınmış
sahibkarlıq subyektləri
Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız
daşıyıcıda çıxarış
verilir. Reyestrdən çıxarışın verilməsinə
görə Dövlət
rüsumu haqqında Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət
rüsumu ödənilməlidir.
4-1.4. Tütün məmulatının
idxalını və istehsalını həyata
keçirən sahibkarlıq
subyektlərinin qeydiyyata
alınması, Reyestrin
aparılması qaydası
və Reyestrin əsasnaməsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
4-1.5. Reyestrə daxil
edilən kommersiya və (və ya) vergi sirri
təşkil etməyən
məlumatlar müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində
yerləşdirilməklə müntəzəm olaraq yenilənir və bu məlumatlar istifadəçilər üçün
açıqdır.
4-1.6. Qeydiyyata alınmadan
tütün məmulatının
idxalı və istehsalı fəaliyyətinin
həyata keçirilməsinə,
o cümlədən bu
fəaliyyət üzrə
bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində
nəzərdə tutulan
qeydiyyat şərtlərinə
riayət edilməsinə
nəzarət müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.;
1.3. 10-cu maddə üzrə:
1.3.1. 10.1-ci maddədə hazırlamalı və qüvvədə olan normativlərə uyğun
olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər sözləri
hazırlamalıdırlar sözü ilə əvəz edilsin;
1.3.2. 10.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
10.2. Tütün məmulatının
istehsalını həyata
keçirən sahibkarlıq
subyektlərinin qeydiyyata
alınması üçün
qeydiyyat şərtləri
aşağıdakılardır:
10.2.1. avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan
məbləğdə investisiyanın
qoyulması;
10.2.2. Azərbaycan
Respublikasında vergilər və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin
olmaması, habelə barəsində Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə
olan qərarın olmaması;
10.2.3. vergi
orqanlarında uçota alınmış təsərrüfat
fəaliyyətinin həyata keçirildiyi obyektə dair
mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq
edən sənədin olması;
10.2.4. tütün məmulatının
istehsalı üçün
istifadə olunacaq ölçmə vasitələrinin
yoxlanılması haqqında
şəhadətnamənin, standart nümunənin və ya ölçmə
vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri
və sınaq avadanlıqlarının Texniki
tənzimləmə haqqında
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;
10.2.5. keyfiyyət və
təhlükəsizlik sınaqlarının
aparılması üçün
müvafiq sahədə
akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının
müvafiq sahədə
akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə)
müqavilənin olması.;
1.3.3. aşağıdakı məzmunda 10.3 10.7-ci maddələr
əlavə edilsin:
10.3. Bu Qanuna uyğun olaraq tütün məmulatının
istehsalını həyata
keçirən qeydiyyata
alınmış sahibkarlıq
subyektləri tütün
məmulatının istehsalında
yerli tütün xammalından (orta damarcığı qismən
və ya tamamilə çıxarılmış
tütündən) istifadə
həcmlərinə dair
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət
etməlidirlər.
10.4. Bu Qanunun
10.2.1-ci və 10.3-cü maddələri
yalnız siqaret istehsalına şamil olunur.
10.5. Bu Qanunun
10.2.1-ci maddəsi yalnız
yeni fəaliyyətə
başlayan və ilk dəfə qeydiyyata alınan subyektlərə şamil edilir.
10.6. Bu Qanuna uyğun olaraq qeydiyyata alınmadan tütün məmulatının
istehsalı qadağandır.
10.7. Bu Qanunun
10.2.2 10.2.5-ci və 10.3-cü maddələrində müəyyən
edilən qeydiyyat şərtləri (Azərbaycan
Respublikasında vergilərə
və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərinin
olmaması şərti
istisna olmaqla) pozulduqda, habelə Lisenziyalar və icazələr haqqında
Azərbaycan Respublikası
Qanununun 26.1-ci maddəsində
göstərilən hallarda
tütün məmulatının
istehsalı fəaliyyəti
ilə məşğul
olan sahibkarlıq subyektlərinin qeydiyyatı
ləğv edilir.;
1.4. 14-cü maddə üzrə:
1.4.1. aşağıdakı məzmunda 14.2-1-ci və
14.2-2-ci maddələr əlavə
edilsin:
14.2-1. Tütün məmulatının
idxalını həyata
keçirən sahibkarlıq
subyektlərinin qeydiyyata
alınması üçün
qeydiyyat şərtləri
aşağıdakılardır:
14.2-1.1. Azərbaycan Respublikasının ərazisində
azı 1 (bir) il olmaqla tütün
məmulatının istehsalı
fəaliyyətinin həyata
keçirilməsi;
14.2-1.2. Azərbaycan Respublikasında vergilər
və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin
olmaması, habelə barəsində Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinə uyğun
olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
14.2-1.3. vergi orqanlarında
uçota alınmış
təsərrüfat fəaliyyətinin
həyata keçirildiyi
obyektə dair mülkiyyət, istifadə
və ya icarə hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat
subyekti (obyekti) ilə bağlıdırsa).
14.2-2. Bu Qanunun
14.2-1.1-ci maddəsi yalnız
siqaret idxalına şamil olunur.;
1.4.2. 14.3.1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
14.3.1. bu Qanuna
uyğun olaraq tütün məmulatının
idxalının həyata
keçirilməsi üçün
qeydiyyata alınmadıqda;;
1.4.3. aşağıdakı məzmunda 14.3-1-ci maddə
əlavə edilsin:
14.3-1. Bu Qanunun
14.2-1-ci maddəsində müəyyən
edilən qeydiyyat şərtləri (Azərbaycan
Respublikasında vergilərə
və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərinin
olmaması şərti
istisna olmaqla) pozulduqda, habelə Lisenziyalar və icazələr haqqında
Azərbaycan Respublikası
Qanununun 26.1-ci maddəsində
göstərilən hallarda
tütün məmulatının
idxalı fəaliyyəti
ilə məşğul
olan sahibkarlıq subyektlərinin qeydiyyatı
ləğv edilir..
Maddə 2. Keçid
müddəalar
2.1. Bu Qanun Tütün və tütün məmulatı
haqqında Azərbaycan
Respublikası Qanununun
4-1.4-cü maddəsində nəzərdə tutulmuş
qayda ilə eyni gündə qüvvəyə minir.
2.2. Bu Qanun qüvvəyə minənədək
tütün məmulatının
idxalı və istehsalı ilə məşğul olan şəxslər həmin
fəaliyyətlə məşğul
olmaq üçün
bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay müddətində qeydiyyat üçün müraciət etməlidirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 may 2024-cü il