Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu, 15-ci, 17-ci və 25-ci bəndlərini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583 (Cild I);
2024, ¹ 2, maddə 138; Azərbaycan
Respublikasının 2024-cü il 5 mart tarixli
1108-VIQD nömrəli və
23 aprel tarixli 1141-VIQD nömrəli qanunları)
50-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 50.1.6-cı maddədə “xüsusi razılıq (lisenziya)” sözləri və “belə razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 50.1.6-1-ci maddə
əlavə edilsin:
“50.1.6-1. qeydiyyata alınmadan
tütün məmulatının
istehsalı fəaliyyətinin
həyata keçirilməsi,
habelə “Tütün
və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş
qeydiyyat şərtlərinin
pozulması faktlarının
aşkar edilməsi;”.
Maddə 2. Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 9, maddə
787 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 9.0.5-ci maddəyə “sənədləri” sözündən
sonra “və “Tütün və tütün məmulatı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
əsasən tütün
məmulatının idxalını
və istehsalını
həyata keçirən
sahibkarlıq subyektlərinin
Reyestrindən çıxarışı”
sözləri əlavə
edilsin;
2.2. 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən
sonra “və “Tütün və tütün məmulatı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
əsasən tütün
məmulatının idxalını
və istehsalını
həyata keçirən
sahibkarlıq subyektlərinin
Reyestrindən çıxarışla”
sözləri əlavə
edilsin.
Maddə 3. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
740 (Cild I); 2024, ¹ 1, maddələr
10, 16) aşağıdakı məzmunda 18.66-3-cü maddə
əlavə edilsin:
“18.66-3. tütün məmulatının idxalını
və istehsalını
həyata keçirən
sahibkarlıq subyektlərinə
tütün məmulatının
idxalını və istehsalını həyata
keçirən sahibkarlıq
subyektlərinin Reyestrindən
çıxarışın verilməsi – 150 manat.”.
Maddə 4. “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 632 (Cild
I) 3 nömrəli əlavə
- “Sahibkarlıq fəaliyyətinə
verilən icazələrin
siyahısı”na aşağıdakı
məzmunda 71-1-ci maddə
əlavə edilsin:
“71-1. tütün məmulatının
idxalını və istehsalını həyata
keçirən sahibkarlıq
subyektlərinin Reyestrindən
çıxarış;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2024-cü il
Azərbaycan.-2024.-
16 iyul, ¹ 147.- S.4.