Xain
çevriliş cəhdi:
15 iyul 2016-cı il
Türkiyə
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
Prof. Dr. Fahrettin Altun 15 iyul Demokratiya və Milli Birlik
Günü münasibəti ilə “Xain çevriliş cəhdi:
15 iyul 2016-cı il” başlıqlı bir məqalə qələmə
alıb.
F. Altun məqalədə
“2016-cı il iyulun 15-nə keçən gecə Türkiyədə
demokratik yolla seçilmiş hökuməti devirmək məqsədi
ilə xain çevriliş cəhdi həyata keçirildi. Fətullahçı
Terror Təşkilatının (FETÖ) həyata
keçirdiyi çevriliş cəhdi İstanbulda
körpülərin bağlanması və tankların
küçələrə çıxması ilə
başladı.
Başda
Türkiyə Böyük Millət Məclisi (TBMM), Prezident
Sarayı və Ankara şəhər Baş Polis İdarəsi
olmaqla bir çox dövlət qurumları bombalandı. Tezliklə hadisənin
individual bir hadisə deyil, koordinasiyalı hücum olduğu məlum oldu.
FETÖ-nün çevriliş dəstələri prezidentimiz
cənab Rəcəb
Tayyib Ərdoğana sui-qəsd
məqsədi ilə hücum həyata keçirdilər. Prezidentimizin
yerli televiziyada yayımlanan çağırışı
ilə xalqımız
öz demokratiyasını
müdafiə etmək
üçün meydanlara
çıxdı. Milyonlarla
vətəndaşımız gecə boyu çevrilişçi terror təşkilatına
qarşı mübarizə
apardı”, - deyə vurğulayıb.
O, qeyd edib ki, iyulun
16-da səhər saatlarında
Türkiyə Silahlı
Qüvvələrinin, Baş Polis İdarəsinin və öz demokratiyasını
müdafiə edən
millətin səyləri
ilə xain çevriliş cəhdinin
qarşısı alınıb
və çevrilişçilər
ələ keçirilib.
“Hərbçi
və mülki olmaqla ümumilikdə 252 şəhid verdik, 2740 qazimiz oldu. 15 iyul gecəsi Xüsusi Təyinatlı Qüvvələr Komandanlığını
qorumaq üçün
həyatı bahasına
müqavimət göstərən
və çevrilişin
beyin komandasına daxil olan generalı
zərərsizləşdirən şəhid Ömər Halisdemir kimi qəhrəmanlar çevrilişçilərə
qarşı sədd oldular. Vətəndaşlarımız
bağlanan Boğaziçi
körpüsündə onları
öldürməyə cəhd
edən çevrilişçiləri
şəhid olmaq bahasına zərərsizləşdirə
bildi. Bu, xalqımızın
birliyinin və qətiyyətinin sınaqdan
keçirildiyi tarixi məqamlardan biridir.
Türkiyə hökuməti
çevriliş cəhdinin
ilk anlarından asayişin
bərpası və günahkarların məsuliyyətə
cəlb edilməsi üçün hərəkətə
keçdi. Bu prosesdə
prezidentimiz və dövlət rəsmilərinin
verdiyi açıqlamalarda
çevriliş cəhdinin
Türkiyə Silahlı
Qüvvələrinə sızmış
qanunsuz qruplaşma tərəfindən həyata
keçirildiyi qeyd edildi.
Çevriliş cəhdinin
arxasında FETÖ-nün
olduğu dəqiqləşdi.
Təşkilatın ABŞ-də məskunlaşan rəhbərinin dövlətin
daxilindəki paralel strukturu ilə bu xəyanətkar əməli həyata keçirdiyi məlum oldu.
Əldə edilən
zəfər təkcə
Türkiyənin deyil,
bütün dünyanın
demokratiya tarixində ən şərəfli müqavimətlərdən biri
kimi qeydə alındı.
Bu gün də mübarizəsini davam etdirən Türkiyə xüsusilə xaricə qaçan FETÖ fərrariləri
və liderlərinin təhvil verilməsi ilə bağlı dost və müttəfiq ölkələrdən həmrəylik
gözləyir. Beynəlxalq
aləmdə bir çox ölkələr
Türkiyəyə dəstək
və həmrəylik
nümayiş etdirsə
də, müttəfiqimiz
olan bəzi dövlətlərin çevriliş
cəhdinə reaksiyası
adekvat olmadı.
Sözü gedən
ölkələrin mətbuatında
çevriliş cəhdinin
işıqlandırılma forması Türkiyəni qane etməkdən uzaq idi. Beynəlxalq
miqyasda məsuliyyət
daşıyan Qərb
media orqanları 15 iyul
gecəsi baş verənləri bəsitləşdirməyə
çalışdı. Ölkəmizin
demokratiyasını hədəfə
alan qanlı çevriliş cəhdini
“iki tərəf arasında münaqişə”
kimi uğursuz bir ifadə ilə işıqlandırdılar.
15 iyul xain çevriliş
cəhdindən sonra Pensilvaniya ştatında məskunlaşmış terror təşkilatı
liderinin ekstradisiyası
üçün bir çox cəhdlər edilsə də, müttəfiqimiz ABŞ-dən
bu məsələ ilə bağlı müsbət cavab verilmədi. Demokratiyamız
üçün təhlükənin
olduğu bir vəziyyətdə göstərilən
bu münasibət təəssüf doğurdu.
FETÖ-nün müttəfiq ölkələrimiz də
daxil olmaqla bir çox fərqli coğrafiyada fəaliyyətini davam etdirdiyinin fərqindəyik.
Tək Türkiyənin
deyil, sərhədləri
daxilində mövcud olduğu bütün dövlətlərin təhlükəsizliyini
təhdid edən bu terror təşkilatına
qarşı hər sahədə mübarizəmizi
davam etdirəcəyik.
Xain çevriliş cəhdindən
sonra demokratik təsisatlarını daha
da gücləndirən bir
ölkə olaraq vətəndaşlarımızın həyatını və ölkəmizin müstəqilliyini
təhdid edən
terror təşkilatına qarşı
mübarizəmiz hər
sahədə davam edəcək.
O qanlı
gecədə canlarını
fəda edən vətəndaşlarımızın xatirəsini Türkiyənin
istiqlalını və
istiqbalını qoruyaraq
ehtiramla anmağa davam edəcəyik”, -
Fahrettin Altun bildirib.
Azərbaycan.-2024.-
16 iyul, ¹ 147.- S.6.