Sui-qəsd
Trampın zəfərini
indidən təmin etdi
İyulun 13-də ABŞ-nin Pensilvaniya ştatında seçiciləri
ilə keçirdiyi seçki kampaniyası dövrü görüşündə
prezidentliyə namizəd
Donald Trampa qarşı sui-qəsd cəhdi dünyanın gündəminə çevrildi...
Hadisə müxtəlif
mülahizələrin, fikirlərin
sürətlə yayılmasını
şərtləndirdi...
Şiddətlə qınanılan
sui-qəsd cəhdini Amerika demokratiyasını
məhv etmək, qlobal sabitliyə kölgə salmaq cəhdləri kimi qiymətləndirənlər də
oldu.
20 yaşlı Tomas
Metyu Kruksun
"AR-15" tüfəngindən açdığı atəş
nəticəsində Tramp
qulağından yaralandı,
amma dərhal qalxaraq qələbə əzmini bir daha nümayiş etdirdi.
Sabiq prezidentə
çıxış etdiyi
səhnədən 100 metrlik
məsafədə yerləşən
istehsalat zavodunun damından atəş açılıb. Sui-qəsdçi
dərhal sonra Məxfi Xidmətin snayperi tərəfindən
zərərsizləşdirilib. Onun atəş açdığı silah
isə cəsədinin
yanında tapılıb.
Terrorun "faydası"
Terror hadisəsi
ilə bağlı müxtəlif iddialar səsləndirilir. Eyni zamanda Donald Trampa sui-qəsd cəhdində şübhəli
bilinən şəxsin
təkbaşına hərəkət
etmədiyi versiyası
da araşdırılır.
Qeyd edək ki sui-qəsd cəhdindən sonra Tramp sosial şəbəkə
hesabında paylaşım
edərək atışmaya
operativ reaksiya verdiyinə görə,
ABŞ Məxfi Xidmətinə
və hüquq-mühafizə
orqanlarına təşəkkür
edib, həmçinin mitinqdə həlak olan və yaralananların
ailələrinə başsağlığı
verib və şəfa diləyib.
Sabiq prezident Donald Trampın öldürülməsinə edilən
cəhd, seçkilərin
nəticələri ilə
bağlı bir sıra müzakirələrə
də səbəb olub. ABŞ-də respublikaçılar hesab
edirlər ki, sui-qəsd Trampın qarşıdan gələn
seçkilərdə qalib
gəlmək şansını
artırıb. "Prezident
Tramp bu hücumdan sağ çıxdı - o, sadəcə
seçkilərdə qalib
gəldi". "Bu,
hər şeydən çox əsas elektorata enerji verəcək", - deyə
bir çoxları sui-qəsdin onun dəstəyini gücləndirəcəyini
proqnozlaşdırırlar.
Dünya siyasətçilərindən
Trampa dəstək
Sui-qəsd cəhdi
dünya ictimaiyyəti
ilə yanaşı, ölkə rəhbərlərinin,
siyasətçilərin də
şiddətli qınağına
çevrildi.
Respublikaçılar Partiyasının prezident seçkilərində namizədi
Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyən Azərbaycan Prezidenti İlham Əliyev paylaşımında qeyd edib ki, Donald Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. "Biz bu siyasi zorakılıq
aktını şiddətlə
qınayırıq. Prezident
Trampın tezliklə sağalmasını arzu edirik".
Sui-qəsd cəhdini
qətiyyətlə pisl
əyən Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ seçkilərinə
və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatının
ən effektiv şəkildə aparılacağına,
onu törədənlərin
və təhrik edənlərin ən qısa zamanda ədalət qarşısında
cavab verəcəklərinə
inandığını bildirib.
Türkiyə olaraq dost və müttəfiq
ABŞ xalqının yanında
olacağını bəyan
edib.
İsrailin baş
naziri Benyamin Netanyahu da ABŞ-nin keçmiş prezidenti Donald Trampın Pensilvaniyada keçirilən mitinqində
baş verən atışma hadisəsini pisləyib: "Trampın
həyatına cinayət
cəhdini şok içində izlədik. Bu, təkcə iyrənc cinayət deyil, həm də Amerika demokratiyasını məhv
etmək cəhdidir. Xoşbəxtlikdən Tramp
möcüzəvi şəkildə
xilas oldu. İndi sağalır, yenidən aramızdadır.
Mən ona şəxsən öz adımdan, həyat yoldaşım Saranın adından, İsrail hökumətinin nazirləri
adından və bütün İsrail xalqı adından tezliklə sağalmağı
və tam sağalaraq tam güclə həyata qayıtmağı arzuladığımızı
bildirmək istəyirəm".
Donal Trampa qarşı törədilən
atışma hadisəsinə,
eyni zamanda Kremldən də reaksiya gəldi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğuladı
ki, Rusiya daim siyasi mübarizə
zamanı zorakılığın
istənilən təzahürünü
pisləyib və indi də qətiyyətlə
pisləyir. "Bütün
kənar müşahidəçilərə
aydın idi ki, ABŞ-nin keçmiş prezidenti və yeni prezidentlik
yarışının iştirakçısı
Donald Trampın həyatı təhlükə
altındadır. Namizəd
Trampı ilk növbədə hüquqi
vasitələrdən istifadə
edərək siyasi arenadan uzaqlaşdırmaq üçün çoxsaylı
cəhdlərdən sonra
məhkəmələr, prokurorluq
siyasi nüfuzdan salmağa və güzəştə getməyə
çalışsa da,
onun həyatının
təhlükədə olduğu
bütün kənar müşahidəçilərə aydın idi", - deyə Peskov bildirdi.
Məşhur iş
adamı İlon Mask sabiq prezident
Donald Trampın mitinqində təhlükəsizliyi
təmin etməməkdə
ABŞ Məxfi Xidmətini
günahlandırıb. Mask
bu barədə X sosial platformasında yazıb. "Məxfi Xidmət təqsirkardır.
Nöqtə", - deyə
o bildirib. İş adamı platforma istifadəçilərindən birinin yazısına belə reaksiya verib. Həmin istifadəçi
"New York Post" nəşrinin xəbərindən bir parçanı sitat gətirmişdi. Orada deyilir ki, Məxfi Xidmət mitinqdə təhlükəsizliyi təmin
etməməkdə yerli
polisi ittiham edib. Mask bundan əvvəl Məxfi Xidmətin başçısını
və Trampın mühafizə xidmətinin
rəisini istefaya çağırmışdı. Sabiq prezidentin özü isə bildirib ki, ABŞ Məxfi Xidməti atəş
açan şübhəlini
ilk cəhddə zərərsizləşdirməklə
"fantastik iş"
görüb.
ABŞ tarixində sui-qəsd tendensiyası
Donald Trampa qarşı sui-qəsd cəhdi dünya ictimaiyyətində şok
effekti yaratmaqla, həm də ABŞ tarixində oxşar hadisələri yenidən
xatırladıb. Belə
ki, indiyədək ABŞ-nin
dörd prezidenti sui-qəsd nəticəsində
həyatını itirib.
İlk qurban vətəndaş müharibəsi dövründə
Amerikaya rəhbərlik
etmiş Abraham Linkoln olub.
O, 1865-ci ildə Ford teatrının
səhnəsində tamaşa
zamanı prezident lojasına daxil olan aktyor Con Uilks Butun silahdan
açdığı atəş
nəticəsində yaralanıb
və səhərisi gün xəstəxanada ölüb.
16 il sonra - 1881-ci ildə
ABŞ tarixində ölkə
rəhbərinə qarşı
növbəti sui-qəsd
hadisəsi baş verdi. Amerikanın 20-ci prezidenti Ceyms Abram Qarfildə dəmir yolu vağzalında açılan atəş
və uğursuz müalicə nəticəsində
o da iki ay sonra həyatını itirdi.
Bədbəxt hadisə
ABŞ-nin 25-ci prezidentinin
də başına gəlib. Vilyam Mak-Kinli
1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində
iştirak edərkən
Polşaəsilli amerikalı
anarxist Leon Frank Çolqoş
prezidentə tapançadan
iki dəfə atəş açaraq onu ağır yaralayıb. Müdaxilələrə
baxmayaraq, Mak-Kinli sentyabrın
15-də ölüb.
ABŞ-də ölümlə nəticələnən son sui-qəsd
isə 1963-cü il noyabrın
22-də Prezident Con Kennediyə
qarşı hazırlanmışdı.
O, həyat yoldaşı
ilə Dallasa səfəri çərçivəsində
avtomobilində, təhlükəsizlik
xidmətinin hər tərəfdən onu müşayiət etməsinə
baxmayaraq, snayper tüfəngindən açılan
iki atəş nəticəsində vəfat
edib.
Bundan başqa,
Donald Trampla oxşar hadisə 1912-ci ildə ikinci dəfə prezidentliyə namizəd olan Teodor Ruzveltə qarşı seçki kampaniyası vaxtı baş verib. O, çıxışı zamanı
açılan atəş
nəticəsində sinəsindən
yaralanıb. Ruzvelt yaralanmasına baxmayaraq, çıxışını bitirdikdən sonra həkimə müraciət
edib.
ABŞ tarixində oxşar hadisələr göstərir
ki, bu ölkədə
prezidentliyə namizədlərin
seçki kampaniyası
çərçivəsində həyatları təhlükə
altında olur. Bununla belə qorxmadan siyasi arenada əzmlə öz çıxışlarına
davam edən siyasətçilərin sui-qəsd
cəhdindən sağ
çıxmaları fonunda
seçkilərdə uğurlu
nəticələri də
müşahidə edilir.
Co Bayden və Donald Tramp arasında
keçirilmiş debatdan
sonra hansı namizədin müzakirədə
qalib gəldiyi ilə bağlı sorğuda
da 67 faiz Trampın adını çəkib.
Ekspertlərin qənaətinə
görə, son hadisələr
Donald Trampın növbəti
seçkilərdə qalibgəlmə
şansını artırıb.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
16 iyul, № 147.- S.6.