2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR ¹ 20/92

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müasir Musavat Partiyası Siyasi Şurasının 2024-cü il 10 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

Səlahiyyətli nümayəndələr:

 

Şahlar Məmmədəli oğlu Teymurov

Aynur Mütəllim qızı Ağayeva

Turxan Bəxtiyar oğlu Abdullayev

Əli Şəmistan oğlu İmanov

Lalə Tofiq qızı Quliyeva

Barat Fərman oğlu Atamov

Nailə Tofiq qızı Balayeva

Nargilə Musa qızı Abbasova

Asən Kərim oğlu Bağırov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə

Fazil Feyzi oğlu Yusubov.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

15.07.2024

Azərbaycan.-2024.- 16 iyul (¹ 147).- S.7.