Məzahir Pənahov: Milli Məclisə növbədənkənar seçkilərdə namizədlik üçün 431 nəfər müraciət edib

 

Milli Məclisə növbədənkənar seçkilərdə namizədlik üçün 431 nəfər müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 15-də keçirilən iclasında söyləyib.

O bildirib ki, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Müraciət edənlərdən 213 nəfər imza vərəqi alıb artıq onlardan 9-u imza vərəqələrini qeydə alınmaq üçün dairə seçki komissiyalarına geri qaytarıb.

 

Azərbaycan.-2024.- 16 iyul (№ 147).- S.8.