Vətən Müharibəsi Qəhrəmanının doğum günü

 

 

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 40 illik yubileyi qeyd olundu. Şəhid baş gizir C.İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, rayonun məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidin döyüşçü yoldaşları qazilər iştirak ediblər. Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu birdəqiqəlik sükutla yad olunub Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhidin anası Filarə İsmayılova, şəhid Raquf Orucovun həyat yoldaşı, "Zəfər" şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, xalq şairi Sabir Rüstəmxanlı, "Əfsanəvi taborun" valideynləri, şəhid Mahmud Məlikovun  atası Təhmasib Məlikov digər natiqlər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəsindən bu qələbədə iştirak edən qəhrəmanların şücaətindən, keçilən rəşadətli döyüş yolundan 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Camal İsmayılov haqqında danışıblar. Daha sonra Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı M.Seyidov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi Azərbaycan Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən bu döyüşlər zamanı şəhid qazilərimizin şücaətindən, qəhrəmanlıqlarından, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən soydaşlarımızın öz doğma torpaqlarına köçürülməsindən bəhs edib. Natiq qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, onların ailələrinin daim diqqət qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Şəhidin ailə üzvləri göstərilən ehtirama görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Neftçala şəhərindəki Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin hazırladığı kompozisiyalar nümayiş etdirilib.

 

Seyran CAVADOV,

Azərbaycan.-2024.- 16 iyul (№ 147).- S.10.