Azərbaycan
islam həmrəyliyini
möhkəmləndirən ölkədir
Son illərdə
Azərbaycanın həm
Avropanın, həm də Asiyanın müxtəlif regionlarında
yerləşən dövlətləri
ilə ikitərəfli
əlaqələri ölkəmizi
qitələrarası qovşağa
çevirib. Eyni zamanda ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Eləcə də
Avrasiyanın bir çox ölkəsi siyasi
və iqtisadi çəkisi getdikcə daha da artan
Azərbaycanla əməkdaşlıqlarını
dərinləşdirməkdə maraqlıdır. Buna görədir ki, Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri
qurduğu, qarşılıqlı
münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə
yüksələn ölkələrin
sayı artır.
Son illərdə
isə türk dünyası və islam ölkələri ilə əlaqələr özünün yüksəliş
mərhələsinə qədəm
qoyub. Prezident İlham Əliyev ölkəmizin xarici siyasətini dəyərləndirərkən
türk dünyası
ilə münasibətlərin
daha da möhkəmləndiyini,
islam ölkələri
ilə əlaqələrin
getdikcə daha da gücləndiyini bildirir. Bu ölkələrdən
biri də qardaş Pakistandır.
Bəllidir ki, iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri
üzrə qurulmuş
strateji tərəfdaşlıq
münasibətləri yüksək
səviyyədədir. Hər
iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda
bir-birinə daim dəstək göstərir
və əlaqələr
bütün sahələrdə
sürətlə inkişaf
edir.
Azərbaycan və
Pakistan arasında əməkdaşlıqda dost
ölkələrimizin bir-birinin
haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Vaxtilə Ermənistan Azərbaycan ərazilərini işğal
etdiyinə görə
Pakistan bu ölkə ilə diplomatik əlaqələr
qurmayan və onun müstəqilliyini tanımayan dövlətlərdən
biridir.
İlham Əliyevin
iyulun 11-12-ni əhatə
edən dövlət səfəri isə Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq
münasibətlərinin daha
da gücləndirilməsi
və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi
baxımından tarixi
önəm kəsb etdi.
32 illik uğurlu
diplomatik münasibətlər
Pakistan Azərbaycanın
müstəqilliyini ilk
tanıyan (12 dekabr
1991-ci il) dövlətlərdən
biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il
iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə
arasında əlaqələr
daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə
yüksəlib. 1993-cü ilin
martında Pakistanın
Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda
səfirlikləri təsis
edilib.
Prezident İlham
Əliyev Pakistanla əlaqələrin inkişafına
xüsusi önəm verir və ölkənin
ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam
və etimada əsaslanan yüksəksəviyyəli
münasibətlər saxlayır.
Bu da ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin inkişaf
dinamikasına mühüm
təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın
genişlənməsində xüsusi rol oynayır. Dövlət başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə
də 2017-ci il 28
fevral-1 mart tarixlərində
İqtisadi Əməkdaşlıq
Təşkilatının XIII Zirvə toplantısında
iştirak etmək üçün dost ölkəyə işgüzar
səfəri ikitərəfli
əlaqələrdə yeni
səhifə açıb,
əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
Pakistan İslam
Respublikası Prezidentinin
2015-ci ildə Azərbaycana
rəsmi, 2019-cu ildə
işgüzar səfərləri
və dost ölkənin Baş nazirinin 2016-cı və
2023-cü illərdə rəsmi
səfərləri Azərbaycan-Pakistan
əlaqələrini daha
da möhkəmləndirib,
qarşılıqlı əməkdaşlığın
müxtəlif sahələr
üzrə inkişafına
mühüm töhfə
verib. 2015-ci il martın 11-14-də Pakistan
İslam Respublikasının
Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası
ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamə"
ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
inkişafına böyük
töhfə verib.
Azərbaycan və
Pakistan arasında müqavilə-hüquq bazası
kifayət qədər
genişdir. İndiyə
qədər 38 sənəd
imzalanıb, 25 sənəd
layihəsinə isə
hazırda baxılmaqdadır.
İlham Əliyevin
bu səfəri zamanı isə iki dost ölkə
arasında müxtəlif
sahələri əhatə
edən 15 sənəd
imzalanıb.
Azərbaycandan başqa
heç bir ölkə bunu etməyib
1995-ci ilin oktyabrında
Bakıda "Azərbaycan
Respublikası Hökuməti
ilə Pakistan İslam Respublikası Hökuməti arasında hökumət səviyyəsində
Azərbaycan-Pakistan Birgə
Komissiyasının yaradılması
haqqında Protokol"
imzalanıb, 2000-ci ildə
isə Birgə Komissiyanın 1-ci iclası
keçirilib. Bununla da iki ölkə
arasında iqtisadi münasibətlərin əsası
qoyulub.
Azərbaycan ilə
Pakistan arasında iqtisadi və ticarət sahələrində
aktivlik ikitərəfli
münasibətlərin səviyyəsinə
uyğun deyil. Bununla belə bu sahədə də əməkdaşlığın
inkişaf etdirilməsi
üçün böyük
potensial var. 2023-cü
ildə iki ölkə arasında ticarət dövriyyəsinin
həcmi 27 milyon
ABŞ dolları təşkil
edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə
qoymasında çox maraqlıdır.
Hazırda Azərbaycanda
3600-dən çox Pakistan
şirkəti qeydiyyata
alınıb və onlar sənaye, kənd təsərrüfatı,
tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində
aktiv fəaliyyət göstərirlər. Pakistan
şirkətləri işğaldan
azad edilmiş ərazilərdə yenidənqurma
və bərpa işlərində iştirak
üçün də
müraciət ediblər.
Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini
vacib hesab edir.
Prezident İlham
Əliyevin tapşırığı
ilə, Pakistandan idxal olunan düyü
məhsullarının idxal
rüsumu birtərəfli
güzəşt tətbiq
edilməklə 2027-ci il
dekabrın 31-dək 15 faizdən
0 faizə endirilib.
İyulun 11-də İslamabadda
İlham Əliyevin Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd
Şahbaz Şərif
ilə keçirilən
geniş tərkibdə
görüşdə bu
məsələyə xüsusi
olaraq toxunulub.
Şahbaz Şərif
buna görə İlham Əliyevə təşəkkür edərək
bildirib: "Pakistanın
xeyrinə böyük
lütfünüzə - düyü
ixracına görə
mən necə təşəkkür etməyə
bilərəm. Heç
bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan
başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən
bu qədər məmnunuq".
Bu dostluq, qardaşlıq yeni deyil
Baş nazir onu da bildirib
ki, Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq
Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır. Bu, sanki bir qəlbdə
döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil, onillikləri
əhatə edir. Pakistan həmişə hər məsələdə
Azərbaycanın yanında
olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanındadır.
Şahbaz Şərif
hətta Azərbaycana
səfəri zamanı
onun şərəfinə
verilən ziyafətdə
yediyi yeməyin dadını da unutmayıb: "2023-cü ildə
məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz
və çox səmimi qonaqpərvərliyinizlə
bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa
bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm
ölkənizi yenə
də ziyarət etməliyəm. İnşallah,
noyabr ayında gələcəyəm".
O, Pakistanın Qarabağ
məsələsində həmişə
Azərbaycanın mövqeyini
dəstəklədiyini və
heç vaxt bu dəstəyi dayandırmadığını vurğulayıb. Baş nazir hesab edir
ki, bu, dostluq
və qardaşlıq
münasibətlərinin gücüdür.
İlham Əliyevin Pakistana səfəri
isə mövcud vəziyyəti daha da gücləndirəcək,
münasibətləri transformasiya
edəcək.
Tərəfdaşlığımızın
təməlini qardaşlıq
təşkil edir
Geniş tərkibli
görüşdə çıxış
edən Prezident İlham Əliyev isə bildirdi ki, tərəfdaşlığımızın
təməlini qardaşlığımız,
Pakistan və Azərbaycan xalqlarının
bir-birinə münasibətdə
qardaşlıq hissləri
təşkil edir. İki qardaş ölkə həmişə
çətin zamanlarda
bir-birinin yanında olub. 2020-ci ildə Vətən müharibəsi
zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə
siyasi dəstək verən ölkələrdən
biri idi və Azərbaycanın ərazi bütövlüyü
ilə bağlı mövqeyini birmənalı
şəkildə ifadə
edirdi.
Azərbaycanın
da Cəmmu və Kəşmirlə bağlı mövqeyi
yaxşı məlumdur. Azərbaycan
BMT Təhlükəsizlik Şurasının
bu məsələ ilə bağlı qətnamələrinin yerinə
yetirilməsini dəstəkləyir:
"Haqq Sizin tərəfinizdədir, ədalət,
beynəlxalq hüquq Sizin tərəfinizdədir.
Azərbaycan öz mövqeyini birmənalı
şəkildə ifadə
edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir".
Azərbaycan-Pakistan
əlaqələri yüksək
inkişaf dövrünü
yaşayır
İyulun 12-də İslamabadda
İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti
Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz
arasında siyasi əlaqələrin yüksək
səviyyədə olmasından
məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə
torpaqlarımız otuz
il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə
siyasi dəstəyi, Azərbaycanın haqlı
və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
Hazırda ölkələrimiz
arasında iqtisadi-ticari
əlaqələrin daha
da genişləndirilməsi
üçün yaxşı
potensialın olduğu
vurğulandı. Prezident
Asif Əli Zərdari Azərbaycanın
COP29-a evsahibliyi etməsi
münasibətilə Prezident
İlham Əliyevi təbrik etdi. Dövlətimizin başçısı
da Pakistan Prezidentini COP29-a dəvət
etdi. Söhbət zamanı ölkələrimiz
arasında iqtisadi-ticari
əlaqələrin, investisiya
sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi
məsələləri müzakirə
olundu.
Səfər çərçivəsində
İlham Əliyev iyulun 12-də İslamabadda
Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının
ərazisindəki "Milli
Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış oldu.
Əminliklə
deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri
hər iki ölkənin dövlət rəhbərlərinin səyləri
nəticəsində özünün ən yüksək
inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən
müharibəsində qələbəsi
və antiterror tədbirləri nəticəsində
öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar
və əməkdaşlıq
imkanları ikitərəfli
və çoxtərəfli
əlaqələrin dərinləşməsi
istiqamətində yeni
perspektivlər açır.
Prezident İlham Əliyevin Pakistana dövlət səfəri
ölkələrimiz arasındakı
ikitərəfli münasibətlərə
yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı
əməkdaşlığın daha geniş sahələri əhatə
etməsini və uzunmüddətli dövrdə
dərinləşməsini təmin edəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
17 iyul (¹ 148).- S.1;6.