Əbədi müttəfiqlik

 

 

Azərbaycan Pakistan arasında imzalanmış sənədlər münasibətləri yeni səviyyəyə yüksəldəcək

 

 

 

"Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri Prezidentin  təyyarəsi hələ qardaş ölkəyə enmədən beynəlxalq arenada böyük rezonansa səbəb oldu. Pakistanın qırıcılarının Azərbaycan liderinin təyyarəsini müşayiət etməsini əks etdirən kadrların yayılması hər kəsin diqqət mərkəzində oldu".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki,  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevi İslamabadın hava limanındaca şəxsən yüksək səviyyədə qarşılaması, keçirilən görüşlər, imzalanan sənədlər, dostluq qardaşlığa əsaslanan bəyanatlar bu müttəfiqliyin əbədi olacağından xəbər verir. Dövlət başçısının Pakistan İslam Respublikasına dövlət səfəri çox mühüm hadisələrlə yadda qaldı. Pakistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin təməli bu gün deyil, çoxdan qoyulub. İkitərəfli çoxtərəfli münasibətlərdə Azərbaycan Pakistan hər zaman bir-birini dəstəkləyir. Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə onunla heç bir diplomatik münasibət qurmayan dövlətlərdən biridir bu addım ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. "Dövlətimiz öz növbəsində Cammu Kəşmir məsələsində birmənalı dəstəyini Pakistandan heç vaxt əsirgəməyib. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Kəşmirdəki qardaşlarımızla çiyin-çiyinə dayanacağıq, beynəlxalq hüquqa sadiq qalmağa davam edəcəyik, ədalətin tərəfində olacağıq", - deyə deputat xatırladıb.

O qeyd edib ki, səfər çərçivəsində imzalanan sənədlər yüksək səviyyədə olan  ikitərəfli münasibətləri daha yeni bir səviyyəyə qaldıracaq. Bu görüşdən sonra əminliklə deyə bilərik ki, qardaş ölkələr arasındakı investisiyalar ticarət dövriyyəsi dəfələrlə artacaq.

Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatından danışan deputat bildirib ki, 44 günlük müharibə zamanı bu üçtərəfli format sınaqdan uğurla keçərək özünü təsdiqləyib: "Azərbaycan üçün Türkiyə Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edir. Bu dəstəyin müharibədən sonrakı dövrdə davam etməsi cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 17 iyul (№ 148).- S.6.